Get Adobe Flash player


Proqramlaşdırmada müxtəlif səviyyəli dillərdən istifadə edilir: maşın dilləri, Assembler, yüksək səviyyəli (alqoritmik) dillər.Maşın dili konkret kompüterin əmrlər sistemindən ibarət olub, bilavəsitə həmin maşın tərəfindən həyata keçirilir. Maşın dilində proqram tərtib  etdikdə hər şeydən əvvəl dəyişənlər və konstantlar üçün  maşının yaddaşında yer ayrılır. Maşın dilində proqram maşın əmrləri ardıcıllığından və dəyişənlər, konstantlar üçün yaddaşda təyin edilmiş müəyyən sahələrdən ibarətdir. Maşın proqramının strukturu qəti müəyyən  edilmədiyindən, dəyişənlər,  konstantlar və əmrlər proqramda ixtiyari ardıcıllıqda yerləşirlər. Yaddaşın əmrlər, konstantlar  və dəyişənlər yerləşən oyuqları arasında heç bir fərq  yoxdur. Belə ki,  əmr üçün  ayrılmış  yaddaş  elementi  dəyişən  yaxud  konustant  üçün də istifadə  olunan  bilən.Maşın  əmrləri  vasitələ  çox  sadə  əməllər  həyata  keçirilir.Misal  üçün  yaddaşın bir  oyuqunda  yerlışən  informasiyanı  digərinə  keçiriməli;iki  oyuqun  daxilində  yerləşən  kəmiyyətləri  toplamalı və s.Bununla  belə, maşın  əmrləri  vasitəsilə  proqram   tərtib  etmək  böyük  əmək  sərfi  tələb  edir.Maşın  dilində  tərtib  edilmiş  proqram  sazlamaq  da  mürəkkəb  məsələdir, çünki  proqrama  yalız  bir  əmirin  əlavə  edilməsi  belə  yaddaşda  çox  sayda  ünvanın  dəyişməsinə  səbəb  ola  bilər.Maşın  dili  kompüterin  qurğularrından  tam  istifadə  etməyə  imkan  verir. Onun  vasitəsilə  kifayət  qədər  effektiv  olan  proqram  tərtib  etmək  mümkündür. Qeyd  etmək  lazımdır ki,  maşın  dillində  proqram  tərtib  etmək  üçün  proqramçı  yüksək  ixtisarı  malik  olmalıdır. Bnunla  belə,bu dil  əsasında  yüksək   əmək  məhsuldarlığına  nail  olmaq  olduqca  çətindir.

Assemberlər səviyyəli dillər konkret kompüterlərin əmrlər sisteminə uyğun gələn maşınyönümlü dillərdir.Buna baxmayaraq, onlar proqramı istifadəçi üçün daha rahat olan formada tərtib etməyə imkan verirlər.Assembler dilinin üstün cəhəti ondadır ki, dildə əmrlərə, konstantlara və dəyişənlərə müəyyən adlar mənsub edilir və bu adlar vasitəsilə onların özlərinə müraciət etmək imkanı yaranır.Bundan əlavə, dilə bir neçə proqram vahid proqram şəklində birləşdirməyə və səhvlərə nəzarət etməyə imkan verən vasitələr də daxil edilmişdi.Assembler dilində kompüterin bütün imkanlarından tam istifadə etməyə imkan verən effektiv proqramlar yazılır.
Çatışmayan cəhət proqramın həddindən artıq təfərrüfatı ilə yazılmasıdır.
Yüksək səviyyəli dillər iki sinfə bölünürlər:
  1. problemyönümlü dillər;
  2. proseduryönümlü dillər;
Problemyönümlü dillər çox kiçik sinif təşkil edən məsələləri həll etmək üçün təyin edilmişdir Proqramlaşdırma prosesində həll alqoritmi deyil, məsələnin özü təsvir edilir.
Proseduryönümlü dillər məsələnin həll alqoritmi təsvir etmək üçün təyin edilmişdir.Onlar öz növbəsində maşından asılı olan və maşından asılı olmayan alqoritmik dillərə bölünürlər .
Maşından asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər.Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar.Onlara misal olaraq PL/M dilinin göstərmək olar.Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır.
Maşından asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir .Bu dillərə Alqol, Fortran, Beysik, Fokal,PL/1, Paskal və s. daxildir.Alqoritmik dillərin əsas üstünlüyü proqramçının yüksək əmək məhsuldarlığı, proqramların asanlıqla bir maşından digərinə keçirilməsi, proqramlardan asanlıqla istifadə etmək imkanının olmasıdır.Maşın dilində yazılmış xüsusi proqram-transiyator alqoritmik dildə təsvir edilən alqoritmin simvolik təsvirini emal edir və proqramı avtomatik olaraq maşın dilinə çevirilir.

Mənbə:İnformatika dərsliyi

Добавить комментарий

Reklam

SEO sprint - Всё для максимальной раскрутки!

VIP promotion - только нужные люди на вашем сайте!

Click ID - Мы работаем вместе с вами !!!

заработки на автосерфинге

Sayta Abunə Ol

Hörmətli ziyarətçilər! Saytdakı yeni videodərslərə abunə olmaq üçün sadəcə aşağıdakı formanı doldurun.Sonra sizin E-mailinizə aktivləşdirmə kodu göndəriləcək.Məktubdakı linki tıklayın və abunəliyinizi təsdiqləyin. Diqqətli olun, bu məktub SPAM qovluğunada düşə bilər.


E-mailiniz: *
Adınız: *
Abunəçilər:

Sayğac

Анализ интернет сайта

Kataloq
KataloqPuls.az,-Azərbaycanın reytinq sistemi Бесплатная раскрутка сайта
Алтайпресса
Дневник Феникса
Яндекс.Метрика Рейтинг@Mail.ru
Arxiv
Netty 2013