PROTOKOL

Başqa bir protokol da mövcuddur-TCP protokolu (Transmission Control Protocol-məlumatın ötürülməsi protokolu ). Bu protokol çox böyük məlumatları hissələrə ayırır. Hər bir hissəyə nəyin hissəsi olduğunu və neşənci hissə olduğunu bildirən başlıq verilir. Göndərəndə isə ayrı-ayrı faylların hissələri olan paketlər bir yerdə olur.Nəticədə şəbəkənin yükü artdıqca hər bir istifadəçinin işinin sürəti azalır, ancaq bu o demək deyil ki, kimsə tək bir nəfər özünün çox böyük təlabatı ilə şəbəkəni bağlaya bilər.
Prosesi bizim “poçt” analogiyası ilə belə izah etmək olar:poçt ancaq adi konvertləri qəbul edir, bizə isə qalın kitab göndərmək lazımdır.Onu hissələrə ayıraraq göndərmək zəruri olur.Aydındır ki,poçtun imkanlarının məhdudluğunun kitab alana heç bir dəxli yoxdur,ona ayrı-ayrı hissələr yox, bütöv kitab lazımdır; həm də elə ola bilər ki, yolda hissələrin ardıcıllığı pozula bilər və ilk hissələr gec gələr. TCP protokolu isə nəzarət edir ki,göndərilmiş faylla belə hadisə baş verməsin; mətni alanın kompüterində faylın ayrı-ayrı hissələri əvvəlki qaydasında yığılır.Bundan başqa, TCP həm də yoxlama sistemidir: göndərilən zaman səhv olubsa, onu aşkar edir və düzəldir.
İndi aydın olur ki, nə üçün məhz TCP/IP İnternetin əsasını təşkil edir. IP paketin içərisindən asılı olmayaraq ayrı-ayrı paketlərin çatdırılmasına cavabdehdir.TCP isə nəzarət edir ki, göndərilən material bu konvertlərdə düzgün yerləşdirilsi və sonra ilkin vəziyyətində bərpa olunsun. Məhz TCP-nin sayəsində paket kommutasiyalı şəbəkə istifadəçi üçün kanallar kommutasiyası kimi görünür, çünki istifadəçi verilənlər axınını ayrı-ayrı paketlər şəklində yox, vərdiş etdiyi şəkildə görür. Əlbəttə, İnternetin işini təmin edən təkcə TCP və IP protokolu deyil, məsələn:daha az tanınan UDP-ni (User Datagram Protocol-istifadəçinin dataqram protokolu)xalis xidmət protokolu hesab edirlər. Bu yaxınlarda məhz onun köməyi ilə WWW-nin yeni xidmətləri həyata keçirildi. UDP-nin TCP qədər etibarlılığı-onda səhvlərin düzəldilməsi və itmiş paketlərin yenidən tələbi vasitələri nəzərdə tutulmayıb. Əvəzində isə azacıq gecikmələrlə və müəyyən itkilərlə də olsa, onun köməyi ilə informasiyanın sabit axınını təşil etmək mümkündür. Belə yanaşma fayllarla mübadilə etdikdə heç cür sərf etmir, lakin canlı səsi ötürdükdə özünü doöruldur. Nitqin bir az dəyişməsi isə qulaq asana az mane olur. Kompüterin telefon şəbəkəsi ilə əlaqəsini “modem” deyilən qurğu yaradır. Lakin əgər bizim kompüterlərimiz, modemimiz və telefonumuz varsa, bu o demək deyil ki, biz artıq İnternet sisteminə qoşula bilərik.Xeyir. Bununçün bir də provayder lazımdır. Bəs bu “provayder” nə olan şeydir? Provayder İnternetə qoşulmağı təmin edən təşkilatdır. Yəni bu provayder-firmalar sizin kompüterin Yer kürəsinin hər hansı bir məntəqəsindəki kompüterlə əlaqəsini təmin edir.Onlar telefon aparatlarını bir-birinə qovuşduran telefon stansiyalarına bənzəyir.Yeri gəlmişkən qeyd edək ki, İnternet şəbəkəsinə qoşulmağın ən ucuz yolu telefon xətləri ilə olan qoşulmadır.İnternetdən istifadənin əsasən iki rejimi var:paket rejimində elektron poçtu(UUPC) və real zaman rejimi.Bu halda düyməni bir dəfə basmaqla bir neçə saniyəyə siz Parisdə olan kompüterlə əlaqə saxlaya bilərsiniz. Birinci rejim sizə ancaq elektron məktub almağa və göndərməyə, ikincisi isə “Ümumdünya hörümçək toru”nda (WWW) gəzişməyə imkan verir.Elektron poçtundan real zaman rejimində də istifadə etmək olar.Nəhayət, siz kompüterinizdə qurulmuş modemi telefon şəbəkəsinə qoşur, xüsusi proqramı işə salır və rabitənin yaranmasını gözləyirsiniz. Sizin modem provayderlə əlaqə yaradan kimi, monitorunuzun ekranında bu haqda müvafiq məlumat görünür. Bundan sonra İnternetdə işə başlaya bilərsiniz. 

Mənbə:Uşaq ensiklopediyası

Оставить комментарий