Домой / Pul qazanmaq / Rucaptcha saytından pulun çıxarılması

Rucaptcha saytından pulun çıxarılması

pulun cixarilmasiSalam əziz dostlar gadirov.com saytının daimi ziyarətçiləri.Xoş gördük sizləri.İnternetdə pul qazanmaq metodlarına həsr olunmuş növbəti videodərsliyimdə salamlayıram.Bu gün ki,videodərsimizin əsas mövzusu Rucaptcha saytında qazanılmış pulun hesaba köçürülməsi olacaq. Rucaptcha saytına həsr olunmuş videodərsliyim artıq saytımda mövcuddur.Hər bir ziyarətçi və pul qazanmaq istəyən istifadəçi bu dərslikdən istifadə etməklə qeydiyyatdan keçə bilər.Sadəcə şəkildəki mətni və ya rəqəmi yığmaqla pul qazana bilər.Əvvəlki videodərsliyimin sonunda bildirmişdim ki,bu saytdan pul çıxartmaqla bağlı videodərslik çəkib saytımda yerləşdirəcəm.Odur ki,artıq zaman yetışıb.Çalışacam sizə təqdim edəcəyim videodərslikdə pulun çıxarılması prosedurunu ətraflı şərh edim.İlk növbədə biz sayta öz e-mail ünvanımız və parolumuzla daxil olmalıyıq.Bundan qzanılmış məbləğin çixarılması üçün Вывести средства düyməsini sıxmalıyıq.Açılan növbəti səhifədə Настройки кошелька bölməsinin Кошелёк : sahəsində Webmoney elektron ödəniş sistemində rus rubli ilə yaratdığınız pul kisəsinin nömrəsini daxil edib təsdiqləməlisiniz.Əgər sizin hələ də Webmoney elektron ödəniş sistemində hesabınız yoxdursa,onda məsləhət görərdim ki,saytımda dərc olunan Webmoney saytında hesab açmaq videodərsliyinə baxasınız.Dərslikdə verilən addımları ardıcıl yerinə yetirsəniz sizdə hər şey uğurlu alınacaq.Sadəcə bir qədər diqqətli olmağınız lazımdır.Əvvəlki məqalədən çıxarış….

Gəldik işin sonuna.Bir müəllif olaraq mən bu proyektin bir sıra müsbət cəhətini istifadəçilərə izah etmək istəyirəm.Belə pulun cixarilmasiki, RuCaptcha saytı birinci loxotron sayt deyil.Qazanılmış məbləğ bir başa istifadəçinin Webmoney adlandırılan elektron pul kisəsinə köçür.Əgər sizin bu ödəniş sistemində qeydiyyatınız yoxdursa,onda vaxtınızın bir neçə dəqiqəsini sərf edib bu ödəniş sistemindən qeydiyyatdan keçin.İkincisi toplanan məbləğ 30 rubl olduqda bunu köçürmək üçün bəzi proyektlərdə olduğu kimi zəhlətökən proses yoxdur.Üçüncüsü rus və ingiliscə klaviaturada işləmək vərdişi əldə etmək istəyən hər bir istifadəçi üçün bu çox əla imkandır.Həm məsuliyyətli olursan,həm də öz zəhmətin hesabına pul qazanırsan.Necə deyərlər dama-dama göl olar.Asudə vaxtını internetdə səmərəli keçirmək istəyən istifadəçilər və  pul qazanmaq istəyənlər üçün bu yeni imkanlar sayıla bilər.Və sonda onu qeyd etmək istəyirəm ki, RuCaptcha saytı istifadəçidən əlavə ödəniş tələb etməyən bir saytdır.Odur ki,rahatlıqla bura qeydiyyat oluna bilərsiniz.

P.S. Əgər bu barədə siz daha geniş məlumata maliksinizsə və pul qazanmaq üçün başqa real metodlar bilirsinizsə, onda xahiş olunur saytın əlaqə bölümü ilə mənimlə bölüşəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий