Qida Bloku

Kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı qida bloku [ power unit; блок питания ] yerləşir. Bu blokun bir sıra vəzifələri var:   
    
  • Divardakı rozetdən gərginliyi qəbul edərək, dəyişən cərəyan sabit cərəyana çevirir;              
  • Gərginliyi sistem lövhəsinə və onun elementlərinə verir;
  • Xarici yaddasaxlama qurğularına gərginlik verir;
  • Ventilyator vasitəsilə sistem blokunun içərisini soyudur;
  • Özünün yandırıb-söndürmə düyməsi olur və ya bir birbaşa ona qoşulur;

Qida blokunun əsas texniki xarakteristikası vatt-la istifadə olunan gücüdür. Sistem blokunun içərisini nə qədər çox ‘‘doldursan’’ (yaddasaxlama qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.ilə ) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150-200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir
Kompüter işləyərkən əsasən hay-küy mənbəyi məhz qida blokudur ,daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış ventilyatordur.
Qida blokunun sıradan çıxmasının qarşısını almaq yollarından biri kəsilməz qida mənbəyindən [UPS – Uninterruptable Power Supply] istifadə etməkdir.
 
Mənbə:Kompüter bunu öyrənməyə nə var ki?

Оставить комментарий