Домой / Adobe Fhotoshop / Seçim aləti və rəng doldurma

Seçim aləti və rəng doldurma

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Seçim aləti və rəng doldurma olacaq. Əvvəlki iki video dərsimizdə biz seçim alətlərinin köməyi ilə obyektin silinməsini öyrəndik. Bildirdik ki, bu alətin köməyi ilə Adobe Photoshop proqramında bir sıra mürəkkəb əməliyyatları şəkil üzərində aparmaq olar. Bu alətlər ən çox şəklin qüsurlu hissələrinin seçimində istifadə edilir. İndi isə ixtiyari formalı seçim alətlərinin şəkil üzərində tətbiqini araşdıracağıq. Artıq video dərsdən göründüyü kimi qarşımızda hər hansı bir uşaq təsviri vardır. Bu uşaq şəklinin kənarında hər hansı bir internet saytının ünvanı yazılıb.Seçim aləti və rəng doldurmaBu cür unvanın silinməsi üçün ilk növbədə həmin sahə seçilməlidir. Bunun üçün alətlər lövhəsində olan ixtiyarı formalı seçim alətlərindən istifadə etmək olar.Seçim aləti və rəng doldurmaGördüyümüz kimi bu cür seçimin aparılması üçün həm Lasso Tool, həm də Polygonal Lasso Tool alətindən eləcədə Magnetic Lasso Tool alətindən istifadə etmək olar. Bu alətlərə müraciət üçün klaviaturada L hərfini sıxmaqla, bir alətdən digərinə keçid üçün SHİFT düyməsi sıxılı vəziyyətdə L hərfini vurmaq yerinə yetirmək olar. Gəlin alətlərin iş prinsipini öyrənək. İlk növbədə başlayaq Lasso Tool alətindən. Alət seçildikdən sonra siçanımızın göstəricisi avtomatik olaraq həmin alətin formasını alır.Seçim aləti və rəng doldurmaTab düyməsini sıxaraq ekrandakı bütün panelləri və palitraları gizlədirik ki, seçim zamanı bizə maneəçilik törətməsin. Lasso Tool aləti ilə seçim etmək üçün ilk növbədə siçanımızın sol düyməsi sıxılır və buraxılmadan ixtiyari bir seçim aparılır.Seçim aləti və rəng doldurmaBu alətlə işləmək bir qədər mausla iş vərdişi tələb edir. Nəticədə cür seçim etmiş oluruq.Seçim aləti və rəng doldurmaSeçimin ləğvi üçün Select menyusuna daxil olub Deselect sətrini seçirik və ya klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə D hərfini vururuq.Seçim aləti və rəng doldurmaTab düyməsini yenidən basaraq ekrandakı panelləri və palitraları aktivləşdiririk. Bu dəfə seçim etmək üçün Polygonal Lasso Tool alətindən istifadə edək.Seçim aləti və rəng doldurmaAlət seçildikdən sonra siçanımızın göstəricisi avtomatik olaraq həmin alətin formasını alır.

Seçim aləti və rəng doldurma

Tab düyməsini sıxaraq ekrandakı bütün panelləri və palitraları gizlədirik ki, seçim zamanı bizə maneəçilik törətməsin. Polygonal Lasso Tool aləti ilə seçim etmək üçün ilk növbədə siçanımızın sol düyməsi sıxılır.Başlanğıc nöqtə təyin olunur. Düz xət çəkilir.Seçim aləti və rəng doldurmaSonra isə addım-addım seçim aparılır. Başlanğıc nöqtə ilə son nöqtə birləşdirildikdən sonra tam obyekt seçilmiş olur.Seçim aləti və rəng doldurma İndi isə seçilmiş sahəyə yumşaqlıq verək. Bunun üçün Select menyusuna daxil oluruq.Seçim aləti və rəng doldurmaAçılan menyudan Feather əmrinə klik edirik. Beləliklə qarşımıza Feather Selection adlanan pəncərə çıxır. Pəncərənin Feather Radius sahəsində bizim nümunə üçün 5 piksel yazaraq əməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq.Seçim aləti və rəng doldurmaİndi isə seçilmiş sahəni rənglə dolduraq. Əgər sizin nümunədə də şəklinizin arxa fonu ağdırsa, onda sadəcə alətlər panelində olan Eyedropper Tool (pipetka) alətində istifadə edərək şəklin fonundan rəng nümunəsi götürülür.Seçim aləti və rəng doldurmaİndi isə klaviaturada ALT düyməsi sıxılı vəziyyətdə Backspace düyməsi vurulur. Gördüyümüz kimi seçilmiş sahənin daxili rənglə dolduruldu.Seçim aləti və rəng doldurmaSeçimin ləğvi üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə D hərfi vurulur.
Beləliklə biz Photoshop proqramında Seçim aləti və rəng doldurma mövzusu ilə tanış olduq.Seçim aləti və rəng doldurma Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий