Домой / Xəbərlər / Rəqəmli fotoaparatların satış həcmi azalır

Rəqəmli fotoaparatların satış həcmi azalır

“Mintel Technology” şirkəti rəqəmli fotoaparat və videokameraların satışlarından qazanılan gəlirin azalmasını qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədqiqat Böyük Britaniyada aparılıb. Hesablamalara görə, 2011-ci ildə fotoaparat bazarının həcmi  təxminən 742 milyon avro təşkil edib.Bu, 2006-cı illə müqayisədə 29 faiz azdır. Proqnozlara görə, 2016-cı ilədək tələbat 649 milyon avroya qədər azalacaq.

Videokamera seqmentində də eyni vəziyyət müşahidə olunur: 5 il ərzində satış həcmi 21 faiz azalıb.Analitiklər səbəb kimi istehlakçıların foto və videoları tez-tez smartfonlar vasitəsilə çəkdiklərini göstəriblər.

Mənbə:“ICTnews.az”

Оставить комментарий