RƏQİBLƏR

Göstərilən nöqsanlar eksperimental qurğu üçün təbii haldır, bunlardan tədqiqatları davam etdirməkçün faydalanmaq olardı. Rozenblat və onun perseptronunun diqqəti cəlb etməsi Sİ tədqiqatçılarının  digər cəbhəsini qıcıqlandırırdı. Onlar rəqəmli kompüterlərçün məsələ həlli proqramlarının tərtibi ilə məşğul olurdular; məsələn: şahmat oyunu, riyazi və məntiqi teoremlərin isbatı  üçün və s. və i.a. Rəqiblər sırasında Massaçusets Texnologiya İnstitunun professorları Marvin Minski ilə Seymur Peyperti göstərmək olar. Minski və Peypert “perseptronlar”adlı bir kitab yazmış və riyazi olaraq sübut etmişlər ki, rozenblat sayağı perseptronlar prinsip  etibarilə rozenblatın özünün dediklərini yerinə yetirə bilməz ; məsələn: kreslonun  arxasındakı pişiyin quyruğunu görən bu cür maşın heç bir zaman gördüyünü başa düşə bilməz . Sonralar Minski peşman olduğunu bildirmiş və demişdi ki, gələcək tədqiqatcılara perseptrona oxşar maşınlar çox lazım olacaq.

Mənbə:Uşaq Ensiklopediyası

Оставить комментарий