Домой / İKT xəbər / Samsung-dan smartfonlar üçün möhtəşəm — YENİLİK

Samsung-dan smartfonlar üçün möhtəşəm — YENİLİK

Samsung şirkəti Smartphone Game Pad oyun pultunu satışa çıxarıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 4-6.3 düym diaqonallı ekranla təchiz edilmiş smartfonlarla istifadə üçün nəzərdə tutulub. gadirov.com-un məlumatına görə, mobil aparat pultun arxa hissəsindəki tutqaca bərkidilir.Oyun pultunun çəkisi 195 qramdır. Samsung şirkətinin iddiasına əsasən, oyun qurğusunu Android 4.1 platforması və daha yuxarı versiya ilə işləyən istənilən telefonda istifadə etmək olar. Bununla belə, şirkət vurğulayıb ki, oyun pultu onun Galaxy aparatlarına optimallaşdırılıb.

samsungdan smartfonlar ucun mohtesem yenilik

samsungdan smartfonlar ucun mohtesem yenilikQeyd edək ki, pult az sayda oyun dəstəkləyir. Onu hələ ki Need for Speed Most Wanted, Modern Combat 4: Zero Hour, Prince of Persia: The Shadow and the Flame daxil olmaqla 35 oyunda istifadə etmək  mümkündür. Samsung şirkəti söz verib ki, gələcəkdə oyunların siyahısı artırılacaq. Qurğu artıq Avropanın bəzi ölkələrində satışa çıxarılıb. Samsungun press-relizində oyun pultunun qiyməti haqqında məlumat verilmir.

Оставить комментарий