Домой / Windows XP / Şəbəkə anlamı

Şəbəkə anlamı

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Şəbəkə anlamı olacaq. İdarəetmə panelində daha çox diqqət yetirilən sahələrdən biri məhz şəbəkə anlamıdır. Odur ki, Windows XP əməliyyat sisteminin idarəetmə panelində şəbəkə anlamı ilə bağlı olan üç müxtəlif proqram mövcuddur. Bu proqramlardan biri naqilsiz şəbəkənin yaradılması üçün istifadə olunan Мастер беспроводной сети proqramıdır.Şəbəkə anlamı Bu proqram notbuklar üçün nəzərdə tutulmuşdur. Ümumiyyət kompüterdə naqilsiz şəbəkə (WiFi) avadanlığı mövcuddursa, bu proqram vasitəsilə naqilsiz şəbəkənin parametrlərini tənzimləyə bilərik. Kompüterdə mövcud olan müxtəlif şəbəkələri tənzimləmək və onları yenidən yaratmaq üçün Мастер настройка сети (şəbəkəni tənzimləyən usta) proqramından geniş istifadə olunur.Şəbəkə anlamıBu proqramın köməyi ilə istər ofis, idarə şəbəkələrini qurmaq, istərsə də fərdi və ya lokal şəbəkələrin yaradılması üçün nəzərdə tutulmuşdur. Kompüterdə mövcud olan lokal və qlobal şəbəkələri bütövlükdə tənzimləmək üçün Сетевые подключения proqramından istifadə edə bilərik.Şəbəkə anlamıProqrama müraciət üçün siçanın sol düyməsi ilə iki dəfə klik edirik. Beləliklə Сетевые подключения adlanan növbəti bir pəncərə meydana gəlir.Şəbəkə anlamıBu proqramın köməyi ilə kompüterdə mövcud olan bir sıra şəbəkələri tənzimləmək, yenisi yaratmaq, mövcud olan şəbəkəni ləğv etmək və s bu kimi əməliyyatları rahatlıqla burada aparmaq olar.

Şəbəkə anlamı

Kompüterdə mövcud olan lokal şəbəkə üçün nəzərdə tutulan Local Area Connection adlı simgəni görürsünüz. Bizim nümunəmizdə internet və ya lokal şəbəkə olmadığından bir proqramın simgəsi üzərində x hərfini yaranıb. Bu da şəbəkənin cari anda bağlı olduğunu göstərir.Şəbəkə anlamıQıfıl işarəsi isə əməliyyat sistemi tərəfindən bu cür şəbəkənin mühafizə olduğunu bildirir. Məlumdur ki, hər bir şəbəkənin qurulması üçün istər proqram, istərsə də müəyyən texniki tələbləri bilmək lazımdır. Lokal şəbəkənin qurulması zamanı ilk növbədə kompüterdə şəbəkə kartı olmalıdır. Bundan sonra lan kabel,hub və digər zəruri avadanlıqlar lazımdır.
Beləliklə biz Windows XP əməliyyat sistemində Şəbəkə anlamı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий