Домой / Elektron dərsliklər / «Ölümün goy ekranı» zamanı çıxan məşhur səhvlərin kodu

«Ölümün goy ekranı» zamanı çıxan məşhur səhvlərin kodu

Sehvin kodu

DATA_BUS_ERROR – Bu səhv ya qurgunun özündə ya da avadanlığın özündə ola bilər.Bu problem ən çox yaddaşla bağlı olur.Variantlardan biridə fiziki və virtual yaddaş ünvanının səhv olmasıdır.Əgər siz kompüterdə olan proqram təminatını yeniləmisinizsə ola bilsin ki, qurğu üçün yüklənən proqram təminatı əməliyyat sistemi ilə uzlaşmaya bilər.Bu problem drayverlə bağlıdır. Əgər siz səhvin yaranmasına qədər proqram təminatının və ya drayverlərin yenilənmələrini edirdinizsə, onda birmənalı problem drayverlərlə bağlıdır.

Düzəliş üsulu: Drayverlərin kompüterə düzgün quraşdırılması lazımdır.Bu problem ən çox videoadapterin drayverilə bağlı olur(amma istənilən başqa qurğu da istisna olunmur).Bu artıq drayverlərin yenilənməsinə aiddir.

NTFS_FILE_SYSTEM –Bu sərt diskdə məlumatın oxunub yazılması və NTFS fayl sistemi ilə bağlı problemdir.B problemə səbəb kimi sərt diskdə zədələnmiş sektorların olması,həmçinin böyük həcmdə fraqmentasiya işinin aparılmasıdır.Analoji problem FAT fayl sistemi ilə bağlı ola bilər.

Sehvin kodu

Düzəliş üsulu :Bunun üçün sərt diskin defrakmentasiyası aparılmalıdır.

KMODE_EXCEPTION_NOT_HANDLED-bu səhv ən çox rast gəlinən səhvlərdən biridir. Bu sehv ikinci açarla gedir, hansı ki, problemli drayverə və ya qiymətə istinad edir. Windows XP-də bu səhv özü həll olur. Əgər bu problem özü həll olunmursa, deməli sistemin qəza vəziyyətində dəstəklənməsi işləmir. Bunun üçün problemi özümüz həll etməli oluruq.

Sehvin kodu

Düzəliş üsulu :Bərpa etmənin bir neçə üsulları vardır. Bu səhvlərin böyük əksəriyyəti ikinci açardakı qiymətdən aslıdır.

0×01Е – belə açar drayverlərin uyğunsuzluğu haqqında və ya qurğuların nasazlığı haqqında şahidlik edir. Göy ekranda problemli drayverləri göstərən faylların adlarını tez-tez görmək olar. Əgər siz faylın adını axtarış sisteminə yazırsınızsa, onda drayveri asan  müəyyən  edə biləcəksiniz.Təlimat üzrə  drayverin yenidən quraşdırılması bu problemin həlli olacaq.

Win32k.sys – bu açar üçüncü tərəfdən yanlış giriş haqqında danışır. Ola bilər ki, belə qoşulma üçün xüsusi ayrı proqram durur. Düzəlmək üçün sizə sistemi F8-in köməyi ilə təhlükəsiz rejimdə yüklənmək və proqramı kompüterdən tam silmək lazımdır.

Çox maraqlıdır ki, belə problem hətta mikroproqram təminatının uyğunsuzluğu ilə bağlı ola bilər. Sözün qısası köhnə BİOS proqramı yeni avadanlıqlarla uzlaşmır. BIOS yenilənməsi problemin həlli olacaq. Belə informasiyaya internetdə doludur.İnanıram ki,bu məsələnin öhdəsindən asanlıqla gələcəksiniz.

Qərarların siyahısı sizə verilmişdir, hansılar ki, sizə effektiv bu problemi anlamağa kömək edə biləcəkdir.Bir faktı nəzərə alın ki,əgər təhlükəsiz rejimdə (F8 vasitəsilə yükləmə) sistemə giriş edilirsə, onda problemi drayverlərdə və ya proqram təminatında axtarmağa dəyər. Əgər sistemə giriş hər  hansı bir  şərtlər əsasında yerinə yetirilə bilmirsə,onda problemi avadanlıq(dəmirdə) və ya Biosda axtarın.

IRQL_NOT_LESS_OR_EQUAL – yanlış qiymət və ya yaddaşın yerləşməsi vaxtı səhv. Bir qayda olaraq, STOP 0x0000000A şəklində yaddaşı Read ekrana çıxır.

Sehvin kodu

Bu səhvə baxmağa başlamazdan əvvəl drayverləri yoxlamaq lazımdır. Drayverlərin yenilənməsi və ya yeni proqramların qurulması aparılıbmı?

Əgər problem həll ediləcəksə, onda proqramların uyğunsuzluğunda nasazlıq var idi. Əgər problem həll edilməmişdisə və siz heç nəyi yeniləməmisinizsə, onda sistemin yükləməsi vaxtı son uğurlu konfiqurasiyanın yükləməsini seçməyə cəhd edin.Bu rejim  F8 düyməsi ilə çağırılır. Əgər drayverin yenilənməsi zamanı səhv aşkar olunursa,onda drayveri köhnə versiyadakı vəziyyətə qaytaraq. Əgər heç nə dəyişmədisə, onda, təəssüf ki, sistemi yenidən qurmaq lazım olacaq.

Seansın səhv tamamlanması həmçinin problemin səbəbi ola bilər, amma bu halda siz son uğurlu konfiqurasiyanın yükləməsini yerinə yetirməyə cəhd etməlisiniz.

PAGE_FAULT_IN_NONPAGED_AREA — Bu verilənlərin sorğusu vaxtı onun tapılmaması zamanı çıxan səhvdir.Böyük əksəriyyət hallarda bu səhv əməli yaddaşın sıradan çıxması və ya düz işləməməsi zamanı yaranır.Ola bilsin ki,bu problemə səbəb antivirus və ya sistem xidmətləri olsun.

Sehvin kodu

Düzəliş üsulu: Kompüterinizi təhlükəsiz rejimdə işə salın və bir qədər əvvəl yüklədiyiniz proqramı silin.

Əgər naməlum səbəblərdən yuxarıda sadalanan düzəliş üsulu ilə həll olunmursa, onda əməli yaddaşı (ram) yenisi ilə əvəz edin.Sonra isə sistemi yenidən yükləməyə cəhd edin. Biosun ayarlarını əvvəlki vəziyyətə qaytarın.

Bir məsələni yaddan cıxarmayın ki, yuxarıda sadalanan və həlli üsulları göstərilən BSOD səhvinin kodlarının siyahısı tam deyil.Bu məqalədə BSOD səhvinin daha çox rast gəlinən kodları verilib.

Bu səhvlər haqqında çox yazmaq olardı.Hesab edirəm ki, çıxan səhvin kodunu və səhvin parametrinin adını axtariş sistemlərinə daxil edib axtarmaqla onun həlli yollarını tapmaq daha rahat olar.

Bəs onda  istənilən səhvə diaqnoz qoymaq və düzgün qərarı necə təyin etmək olar?

BIOS səhvlərinin analizi üçün yazılı qayda mövcud deyil, – boş yerdə istənilən sistemdə heç bir səhv yaranmayacaq.

Sistem səhvlərinin əksəriyyətinin təyininin ən sürətli və effektiv üsulu – bu FK-də daha əvvəl edilmiş hərəkətləri  xatırlamaqdır. Onda siz sistemdə baş verən bütün mükəmməl səhvləri bərpa edə və nasazlığı aradan qaldıra biləcəksiniz.

BSOD səhvlərinin çıxmasına səbəb olan amillər.

Siz yeni kompüteri aldınız və birinci gündən sonra sizdə işə salma zamanı ölümün göy ekranı meydana çıxmağa başladı.Halbuki bundan əvvəl heç bir proqram təminatı kompüterə quraşdırılmayıb.Bu zaman nə etməliyik?

Düzəliş üsulu: Bunun üçün düşünmədən  kompüterinizi aldığınız dükanın servis mərkəzinə apara bilərsiniz.

Yenə də siz yaxın vaxtlarda kompüteri aldınız. Hər şey yağ kimi gedirdi. Amma bir müddətdən sonra siz iki proqramı qurdunuz və bundan sonra siz ölümün göy ekranını gördünüz. Bu zaman nə etməliyik?

Düzəliş üsulu: Bunun üçün təhlükəsiz rejimdə yükləməni yerinə yetirin, quraşdırdığınız proqramı və  ya drayveri silin. Ola bilər ki, və antivirus müəyyən proqramlarla pis qarşılıqlı təsiri tapır. Bir müddət sonra antivirusu söndürün və proqramın yenidən quraşdırılmasını təkrarlamağa cəhd edin. Əgər bu dəfə əməliyyat müvəffəqiyyətlə bitdisə, onda antivirusda etibar edilmiş proqramların siyahısına onu əlavə etmək lazımdır.

Əziz oxucularım bu mənim «Ölümün göy ekranı» ilə bağlı sayca qələmə aldığım dördüncü məqalə idi.Düşünürəm ki,yazdıqlarım hər bir oxucu üçün faydası olacaq.Bu materiallar müxtəlif  dərsliklərdən oxuduqlarımın və şəxsi təcrübəmin əsasında toplanıb yazılmışdır.Dahi Füzuli yazırdı ki,«Hər xilqətə gərçi bir səbəb var».Odur ki, səbəbi müəyyən etdikdən sonra onu düzəltməkdə rahat olur.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий