Домой / Adobe Fhotoshop / İki şəklin birləşdirilməsi

İki şəklin birləşdirilməsi

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu İki şəklin birləşdirilməsi olacaq. İstənilən faylın proqrama çağrılması üçün boz olan sahədə siçanın sol düyməsi iki dəfə klik olunur. Beləliklə ekrana Open dialoq boksu gəlir.İki şəklin birləşdirilməsiİki şəkil seçildikdən sonra pəncərədəki Открыть düyməsi sıxılır. Beləliklə faylımız proqrama çağrıldı.İki şəklin birləşdirilməsiGördüyümüz kimi bu iki şəkil bir sıra parametrlərinə görə bir-brindən fərqlənir. Lakin buna baxmayaraq biz onları birləşdirməyə çalışacağıq. Bunun üçün ilk növbədə şəkillərdən birinin surətini çıxarıb digərinin üzərinə yerləşdirmək tələb olunur.

İki şəklin birləşdirilməsi

Gəlin ilk növbədə Select menyuna daxil olub All sətrini seçək.İki şəklin birləşdirilməsiHəmçinin bu əməliyyatı klaviatura kombinasiyalarının köməyi ilə yerinə yetirmək olar. Bu əməliyyatdan sonra üzərində körpü təsviri verilmiş şəkil seçiləcəkdir. Seçilmiş hissənin surətini çıxarmaq üçün menyunun Edit bəndinə müraciət edirik. Açılan menyudan Copy adlanan sətir üzərində bir dəfə klik edirik.İki şəklin birləşdirilməsiSurətini çıxarılmış hissəni indi digər təsvir üzərinə yerləşdirməliyik. Bunun üçün həmin təsviri aktivləşdiririk. Sonra isə menyunun Edit bəndinə müraciət edirik. Açılan menyudan bu dəfə Paste adlanan sətir üzərində vururuq.İki şəklin birləşdirilməsiArtıq nəticəmiz ekranda hazırdır. Layer panelində BackgroundLayer 1 adlanan layerlər yaradılmışdır.İki şəklin birləşdirilməsi Əgər bir şəkil digərindən ölçülərinə görə fərqlənirsə, onda alətlər qutusundakı Move Tool alətinin köməyi ilə seçim aparıb şəklin ölçülərini bildiyiniz üsullardan istifadə etməklə dəyişmək olar. Bizim nümunəmizdə bu iki şəkil demək olar ki, eyni ölçüdədir. Odur ki, biz ölçü ilə bağlı cuzi dəyişiklik aparıb əməliyyatın təsdiqi üçün klaviaturada Enter düyməsini vuracağıq.İki şəklin birləşdirilməsiİndi isə Layer 1 üçün yeni maska əlavə edək. Bunun üçün Layer 1 seçilir və panelin aşağısında olan Add layer mask düyməsi sıxılır.İki şəklin birləşdirilməsiGördüyümüz kimi layer 1 qarşısında onun maskası yarandı. Sonra isə alətlər qutusundan Gradient tool aləti seçilir. Alətin seçənəklər qutusundan onun növünü və qradientin rəngini müəyyən edirik.İki şəklin birləşdirilməsiAləti şəkil üzərində tətbiq etmək üçün bizə sadəcə yuxarıdan aşağıya aləti çəkib buraxmaq tələb olunur. Gördüyümüz kimi silmək istədiyimiz hissələr silindi.İki şəklin birləşdirilməsiBu münvalla biz ön təsvirdə bizə mane olacaq bir çox hissəni silirik. Hər dəfə Gradient alətini yuxarıda göstərdiyimiz qaydada tətbiq edərək nəticədə aşağıdakı şəkli almış oluruq.İki şəklin birləşdirilməsiİndi isə layer alətlər paneldə layer və maskın birləşdirilməsi qaydasını öyrənək. Əvvəlcə mövcud maskı layerə əlavə etmək üçün mask üzərində siçanın sağ düyməsi sıxılır və açılan konteks menyudan Apply Layer Mask sətrini seçirik.İki şəklin birləşdirilməsiSonra isə Layer 1 ilə Background sloyunu birləşdirmək üçün Layer menyusuna daxil olub Merge Visible (SHİFT+CTRL+E) sətrini seçirik.İki şəklin birləşdirilməsiBeləliklə biz Photoshop proqramında iki şəklin birləşdirilməsi mövzusunu öyrəndik.İki şəklin birləşdirilməsi Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий