Домой / Adobe Fhotoshop / Şəklin fonunun dəyişdirilməsi

Şəklin fonunun dəyişdirilməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Şəklin fonunun dəyişdirilməsi olacaq. Photoshop proqramı vasitəsilə şəklin fonunun dəyişdirilməsi üçün müxtəlif üsullar vardır. Bu video dərsimizdə biz şəklin fonunun dəyişdirilməsi üçün üsullardan birini tətbiq edəcəyik. Odur ki, bizə ilk növbədə bir şəkil lazımdır. Əvvəlki video dərslərimizdən öyrəndiyimiz kimi faylı proqrama çağırmaq üçün File menyusuna daxil oluruq. Açılan menyudan Open adlı əmrə müraciət edirik.Şəklin fonunun dəyişdirilməsiOpen dialoq boksunda fayl seçilir və Открыть düyməsi sıxılır.Şəklin fonunun dəyişdirilməsiBeləliklə faylımız proqrama çağrıldı.Şəklin fonunun dəyişdirilməsiQarışıq fondan obyektin (şəklin) çıxarılması üçün müxtəlif üsullar mövcuddur.Zoom alətinin köməyi ilə mümkün qədər şəkli yaxınlaşdırırıq. Bizə lazım olan hissə bütövlükdə şəklin özüdür. Odur ki, aparacağımız əməliyyat şəklin fonunu Quick Mask rejimi ilə dəyişmək olacaq. Bunun üçün alətlər qutusunda olan Edit in Quick Mask Mode rejimi düyməsini sıxırıq.Şəklin fonunun dəyişdirilməsiBu rejimə klaviaturada Q düyməsini basmaqla da keçid almaq olar.Rejimə keçidi müəyyən etmək üçün sadəcə Layer panelindəki Background layerinə diqqət etmək lazımdır.Şəklin fonunun dəyişdirilməsiGördüyümüz kimi Background layeri rəngini dəyişib. Klaviaturada Tab düyməsini sıxmaqla bizə mane olan bütün alətlər panelini və palitraları gizlədirik.

Şəklin fonunun dəyişdirilməsi

Sonra isə şəklin bizə lazım olan qədər miqyasını böyüdürük. İndi isə biz brush alətini klaviaturada B düyməsini basmaqla götürürük. Alətlə bağlı tənzimləmələr şəkildən asılı olaraq aparılır.Bizim nümunədə siçanın sağ düyməsini obyekt üzərində vururuq. Açılan alətin tənzimləmə pəncərəsində Master Diameter sahəsində 72 px, Hardness sahəsində isə 32 % seçilərək tənzimlənilir.Şəklin fonunun dəyişdirilməsiSonra isə alətin ölçüsünü böyüdüb şəklin seçimini etməliyik.Şəklin fonunun dəyişdirilməsiBu alətlə bir qədər diqqətli işləmək lazımdır ki, səhvə yol vermiyəsiniz.Əgər seçim zamanı səhvə yol verərək brush alətindən düzgün istifadə etməsək, onda bu səhvi aradan qaldırmaq üçün rəng panelində ag rəng seçilir.Sonra isə brush alətinin köməyi ilə artıq çəkilmiş hissələr silinir.Şəklin bu cür olması məhz Quick Mask rejimində olduğu üçün belə görünür. Quick Mask rejimindən çıxış üçün ya alətlər panelindəki düymədən ya da sadəcə Q düyməsindən istifadə etmək olar. Bu zaman qırmızı görünən hissələr artıq seçimlə əvəz olunacaqdır.Şəklin fonunun dəyişdirilməsi Qayıdırıq yenidən Layer panelinə. Bizə lazım olan əməliyyatlardan Background sloyunu layer dəyişək. Bunun üçün Background yazısı üzərində siçanın sol düyməsi iki dəfə sıxılır. Qarşıya çıxan pəncərədə əməliyyatın təsdiqi üçün Ok düyməsi vurulur. Gördüyümüz kimi Layer panelində yeni layer 0 adlı sloy yarandı.Şəklin fonunun dəyişdirilməsiİndi isə seçdiyimiz sahələrə yumşaqlıq vermək üçün klaviaturada Shift düyməsi sıxılı vəziyyətdə F6 düyməsini vuraq. Açılan Feather Radius sahəsində 1,5 pixel yazaraq Ok düyməsini vuraq.Şəklin fonunun dəyişdirilməsiSonra isə klaviaturada delete düyməsini sıxırıq. Nəticəmiz aşağıdakı kimi alınır.Şəklin fonunun dəyişdirilməsiSeçimin ləğvi üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə D hərfi vurulur. Beləliklə biz şəklin arxa olan qarışıq fonu sildik. İndi isə şəklimizi digər fona yerləşdirək. Bunun üçün həmin fon təsviri kompüterimizin yaddaşından proqrama çağrılır.Şəklin fonunun dəyişdirilməsiSonra Move Tool alətinin köməyi ilə şəklimizə yeni fona daşıyırıq.Şəklin fonunun dəyişdirilməsiƏgər kəsim zamanı hər hansı bir səhvə yol vermişiksə, bu zaman Pozan –Erase alətinin köməyi ilə qüsurlu hissələri silirik.Şəklin fonunun dəyişdirilməsiBeləliklə biz Photoshop proqramında şəklin fonunun dəyişdirilməsi üçün üsullardan birini istifadə etdik.Şəklin fonunun dəyişdirilməsi Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий