Домой / Word 2003 / Sənədə baxış rejimləri

Sənədə baxış rejimləri

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında sənədə baxış rejimləri olacaq. Microsoft Office Word 2003 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir. Bir baxış rejimindən digərinə keçmək üçün Görünüş-Вид-View menyusunun müvafiq sətrlərindən və eləcə də proqramın sol küncündə yerləşən müvafiq düymələrindən istifadə etmək olar. Bu və ya digər rejimin seçilməsi sənədin tipindən və yerinə yetirilən işdən asılı olur. Qarşımızda hər hansı bir sənəddir. Üfüqi sürüşdürmə zolağında Adi-Normal-Обычный görünüş rejim düyməsini sıxın. Beləliklə, mətnin görünüşü dəyişdi. Bu rejim sənədin məzmununda fikri cəm etməyə eləcə də verilənlərin altından xətt çəkmə, şriftin ölçüsünün və rənginin dəyişdirilməsi və s. bu kimi formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir. Rejimi yenidən geriyə qaytarın. Görünüş-Вид-View menyusuna daxil olun. Разметка страницы-Page layout-Çap  rejimini seçin. Üfüqi sürüşdürmə zolağında Webin formatlaşdırılması yəni Elektron sənəd-Веб-документ-Web layout rejimini seçin. Gördüyümüz kimi bu rejim Web səhifəsində sənədin necə görünəcəyi haqqında təsəvvür yaradır. Əgər biz sənədi Web sənəd kimi yadda saxlamaq istəyiriksə, ilk öncə sənədin rejimini Elektron sənəd-Веб-документ-Web layout rejiminə, yəni internet səhifəsi rejiminə dəyişmək vacibdir. Görünüş-Вид-View menyusundan yenidən rejimi geriyə qaytarın. Üfüqi sürüşdürmə zolağında olan Разметка страницы-Page layout yəni hazırda aktiv olan rejim mürəkkəb formatlaşdırma işlərini yerinə yetirməyə imkan verir. Vurğulamaq lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil edilir. Bu rejimdə sənəd çap zamanı görünəcəyi formada olur. Microsoft Office Word 2003 proqramı kompüterə yüklənərkən avtomatik olaraq açılan rejim məhz bu rejimdir. Yəni Çap-Разметка страницы-Page layout reijmi. Üfüqi sürüşdürmə zolağında olan Struktur-Sructure-Структура rejimini seçin. Göründüyü kimi bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını birləşdirir. Xüsusilə abzas kimi daxil etdiyimiz səviyyələr ayrıca bir başlıq kimi görünür. Bu rejim də sadə və mürəkkəb formatlaşdırama əməliyyatlarını aparmaq üçün önəmli rejimlərdən sayılır. Rejimi yenidən geriyə qaytarın yəni çap rejiminə. Bunu üçün Görünüş-Вид-View  menyusuna daxil olun. Разметка страницы-Page layout sətrini seçin. Sonuncu rejim: Microsoft Office Word 2003 proqramında tətbiq olunnan sonuncu rejim. Görünüş-Вид-View menyusuna daxil olun. Режим чтения seçin. Gördüyümüz kimi bu rejim sənədi kitab səhifəsi formasında göstərir və oxunuşu sadələşdirir. Əgər sizin sənədlərinizin sayı çoxdursa, bu kitab rejimində çox rahat oxumaq olar.Режим чтения-Kitab rejimini yəni oxunuş rejimini bağlamaq üçün sadəcə olaraq paneldə Bağlamaq-Close-Закрыть vurmaq lazımdır. Hər bir rejim işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir və gördüyümüz işdən asılı olaraq rejimlər dəyişdirilir. Adi halda isə çap rejimində işləməyi üstün tutun.Mövzunun videodərsliyə aşağıda verilmişdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Один комментарий

Оставить комментарий