Домой / Word 2003 / Sənədin açılması

Sənədin açılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr olunmuş növbəti videodərslikdə salamlayıram.Bu günki dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında sənədin açılması olacaq.Beləliklə yaradılmış sənədi ekrana çağıramaq üçün standart alətlər zolağında Открыть-Open düyməsini sıxın. Ekranda Открыть dialoq pəncərəsi yaranacaq. Bu pəncərə açılacaq qovluq və ya sənədi seçməyə imkan verir. Məsələn yaratdığımız hansısa bir faylı ekrana çağıraq. Fayl seçildikdən sonra Открыть vurulur. Beləliklə faylımız ekranda görünür. Faylı ekrana çağırmağın digər üsullarından biri də budur. Файл-File menyusuna daxil olun. Sonra Открыть-Open adlanan əmri vurun. Beləliklə eyni adlı pəncərə ekrana gəldi. Daha bir üsul klaviatura alternativi ilə yerinə yetirməkdir. CTRL düyməsi sıxılı vəziyyətdə O hərfi vurulmalıdır. Daha ətraflı aşağıdakı videodərsdə.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

 

Один комментарий

  1. Çox sağ olun ki belə bir mövzu yaratmısınız.

Оставить комментарий