Домой / Word 2007 / Sənədin bağlanması

Sənədin bağlanması

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Sənədin bağlanması olacaq. Bunun üçün hər hansı bir sənədimizi ekrana çağıraq. Proqramda fayla müraciət üçün ani işə salma panelində Открыть düyməsini sıxırıq.Sənədin bağlanmasıBu zaman ekrana Открытие документа adlanan yeni dialoq pəncərəsi meydana gəlir.Sənədin bağlanmasıBurada ilk növbədə sənədimizin ünvanı tapılır. Mövcud pəncərədə Открыть düyməsini sıxmaqla fayl ekrana çağrılır. Beləliklə sənədimiz ekrana çağrıldı. Bildiyimiz kimi Word 2007 proqramı sənədi bağlamaq üçün bir neçə üsul təklif edir. Gəlin bunları araşdıraq. İlk növbədə siçanımızın göstəricisini Office düyməsi üzərinə yaxınlaşdıraq və düyməyə bir dəfə klik edək.Sənədin bağlanmasıAçılan menyunun birinci sütununda Закрыть adlanan sətr mövcuddur. Onun üzərində bir dəfə klik etməklə sənədimiz bağlanır. Digər bir üsulla sənədimizi bağlamaq üçün klaviaturadakı düymələrdən istifadə etməliyik.Əvvəlcə bildiyimiz üsulların birinin vasitəsi ilə başqa sənədimizi ekrana çağıraq. Sonra isə bu sənədi klaviatur düymələrinin köməyi ilə bağlayaq. Bunun üçün əvvəlcə CTRL düyməsi sıxılı vəziyyətdə W hərfi vurulmalıdır.Sənədin bağlanmasıProqramın işini sonlandırmaq üçün Office düyməsinə müraciət edərək açılan menyudan Выход из Word düyməsini sıxırıq.Sənədin bağlanmasıGördüyümüz kimi Microsoft Word 2007 proqramının pəncərəsi bağlandı. Microsoft Word 2007 proqramının işini sonladırmaq üçün nəzərdə tutulan üsullardan biri də proqramın başlıq sətri üzərində mövcud olan Закрыть adlanan düymənin sıxılması ilə həyata keçirilə bilər.

Sənədin bağlanması

Beləliklə biz sənədin bağlanması mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий