Домой / Word 2007 / Sənədin miqyası

Sənədin miqyası

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Sənədin miqyası olacaq. Bildiyimiz kimi Microsoft Word 2007 proqramında sənədin miqyasını dəyişmək üçün proqramın sol aşağı küncündə yerləşən miqyas düyməsindən istifadə etməyi təklif edir. Bu istifadəçilər üçün daha rahatdır. Belə ki, Масштаб-Miqyas düyməsini sıxıb saxlamaqla onu sağ tərəf sürüşdürsək o zaman sənədimizin miqyası böyüyəcəkdir.Sənədin miqyasıSol tərəf çəkilərsə isə sənədimizin miqyası kiçiləcəkdir.Sənədin miqyasıSənədin miqyası ilə işləmək üçün Microsoft Word 2007 proqramı Вид adlanan lent üzərinə bərkidilmiş Масштаб-Miqyas adlanan xüsusi bölmə təklif edir.Sənədin miqyasıBu bölmədə toplanan düymələri bir-bir araşdıraq. Масштаб-Miqyas adlanan bölmədə Масштаб-Miqyas düyməsi sıxılarsa, o zaman yeni Масштаб-Miqyas dialoq boksu meydana gəlir. Həmin dialoq boksunda istifadəçi sənədin miqyasını müxtəlif formada dəyişə bilər.Sənədin miqyasıMəsələn sənədimizin görünüşü 200% etmək istəyiriksə, o zaman Масштаб-Miqyas dialoq boksunda 200% çekboksu işarələnməli və Ok düyməsi sıxılmalıdır.Sənədin miqyası Miqyas bölməsində olan 100% düyməsi sənədin miqyasını 100% görünməsini təmin edir.Sənədin miqyasıMiqyas bölməsində olan digər düymələri də araşdıraq. Одна страница-Bir səhifə düyməsi istifadə olunduqda bütövlükdə sənədimizin bir səhifəsi proqramın ekranında tam görünür.Одна страницаДве страницы-İki səhifə düyməsi vurulduqda sənədin miqyası elə dəyişir ki, sənədimizin iki səhifəsi bütövlükdə proqramın ekranında görünür.Две страницыПо ширине страницы- Səhifənin eni boyunca düyməsi sıxılarsa, onda sənədimizin görünüşü proqramın ekranı qədər böyüyür.По ширине страницыSənədin görünüşünü əvvəlki vəziyyətə qaytarmaq üçün sadəcə 100% düyməsi vurulur.
Beləliklə biz Sənədin miqyası mövzusu ilə tanış olduq.

Sənədin miqyası

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий