Домой / İKT xəbər / Sensor funksiyasına malik olan əlcəklər

Sensor funksiyasına malik olan əlcəklər

Stilusla işləyən sensor ekranlar keçmişdə qaldı. Hazırkı müasir ekranlar yalnız barmaq toxunuşlarına «cavab verir». BunaSensor funksiyali elcekler görə qış fəslində smartfonda, məsələn, musiqi parçasını dəyişmək üçün hər dəfə əli isti əlcəkdən çıxartmaq lazım gəlir.Sensor funksiyali elceklerLakin alimlər bu problemi həll ediblər.Gadirov.com  elektron xəbər xidməti «ICTnews.az» saytına istinadən bildirir ki, «AnyGlove» şirkətinin hazırladığı xüsusi maye polimer elektrik keçirmə qabiliyyətinə malikdir və bu maddənin tətbiq edildiyi əlcəklər sensor ekranlarla birbaşa işləyə bilir. Lakin toxunuş dəqiqliyi bir qədər aşağıdır.

Sensorlaşdırma prosesi çox sadədir: mayeni əlcəyin barmaqlarına damcılatmaq və onun qurumasını gözləmək lazımdır. Maye polimerlər parçanın lifləri arasına daxil olaraq elektrik naqillərinə çevriləcək. «AnyGlove»-un bir flakonunu uzun müddət üçün kifayət edir: maye öz təsirini 1 həftə ərzində saxlayır.
Bununla belə «AnyGlove» çatışmazlıqlardan da hali deyil. Polimerləri ağ əşyalar üzərinə damcılatmaq tövsiyə edilmir, çünki ləkə saxlaya bilər.
Bundan başqa, 7,5 millilitr həcmli kiçik şüşənin qiyməti 15 dollardır (təxminən 460 rubl). «Yandeks. Market»-in məlumatına görə, sensor əlcəklərin orta qiyməti təxminən 500 rubl təşkil edir.