Домой / Windows XP / Səs parametrlərinin tənzimlənməsi

Səs parametrlərinin tənzimlənməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Səs parametrlərinin tənzimlənməsi olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində səslə bağlı qurğuların işini tənzimləmək üçün idarəetmə panelində (Панел управления) Звук и аудиоустройстваSəs və audioqurğular proqramından istifadə olunur.Səs parametrlərinin tənzimlənməsiBu proqrama müraciət üçün siçanın sol düyməsi iki dəfə vurulur. Beləliklə proqramın işçi pəncərəsi yaranır.Səs parametrlərinin tənzimlənməsiHəmin pəncərə Звук и аудиоустройстваSəs və audioqurğuların tərkibi pəncərəsi adlanır. Proqramın pəncərəsi beş səhifədən ibarədir. Proqramın hər bir səhifəsi bu və ya digər şəkildə səslə bağlı parametrləri tənzimləmək üçün nəzərdə tutulmuşdur. Громкость adlanan səhifəyə diqqət edək. Burada ilk növbədə kompüterə quraşdırılan səs kartının adı verilir.Səs parametrlərinin tənzimlənməsi Громкость микшера adlanan bölmə vasitəsilə səs ucalığını tənzimləmək olar. Выключить звук çeksboksu işarələnərsə, onda kompüterdəki səs söndürülür.Səs parametrlərinin tənzimlənməsiОтображать значок на панели задач çekboksu işarələndikdə bu zaman səs dinamikinin simgəsi iş masasının tapşırıqlar panelində görsənir.Səs parametrlərinin tənzimlənməsiƏksinə olduqda isə simgə görsənmir. Настройка динамиков bölməsi ilə səs ucaldıcıları tənzimləmək olar.Səs parametrlərinin tənzimlənməsiBelə ki, Громкость динамиков düyməsinin köməyi ilə dinamiklərdəki səslə bağlı tənzimləmə aparmaq olar.Səs parametrlərinin tənzimlənməsiBurada səs ucaldıcının sol və sağ dinamikindən çıxan səsi azaldıb və ya əksinə çoxalda bilərik. Bütün dəyişikliklərin sonunda Ok düyməsini vururuq. Дополнительно düyməsini vurduqda səslə bağlı parametrləri tənzimləyir. Belə ki, kompüterə qoşulan səs avadanlığından asılı olaraq siyadan həmin avadanlığı seçmək istifadəçiyə təklif olunur.Səs parametrlərinin tənzimlənməsiƏgər biz kompüterimizə qulaqcıq qoşuruqsa, onda Windows XP əməliyyat sistemində məhz bu bölmədə qulaqcıq (Стереонаушники) sətri seçilməlidir. Əməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılmalıdır.Səs parametrlərinin tənzimlənməsiЗвук и аудиоустройства proqramının Речь adlanan səhifəsinə müraciət edək.Səs parametrlərinin tənzimlənməsiBurada səsin yazılması Запись речи adlanan bölmə vardır. Проверка düyməsini sıxdıqda kompüterə qoşulan mikrofonun işlək vəziyyətdə olub olmaması test olunur.

Səs parametrlərinin tənzimlənməsi

Оборудование səhifəsində səslə işləyən avadanlıqların siyahısı verilir.Səs parametrlərinin tənzimlənməsiHər hansı bir avadanlığı seçdikdə onun haqqında qısa məlumat verilir. Əgər avadanlıq normal işləyirsə onda vəziyyət sahəsində Устройство работает нормально sözü yazılır. Əgər avadanlıqla bağlı problem varsa bu zaman Диагностика düyməsini sıxmaqla qarşıya çıxan problemi həll etmək olar. Звук и аудиоустройства proqramının Аудио səhifəsi audio avadanlıqlarının kompüterə qoşulan zaman onların parametrlərini tənzimləmək üçündür.Səs parametrlərinin tənzimlənməsiЗвук и аудиоустройства proqramının Звуки səhifəsinin köməyi ilə əməliyyat sisteminin səs sxemi ilə bağlı parametrlərini dəyişmək üçün nəzərdə tutulmuşdur.Səs parametrlərinin tənzimlənməsiTövsiyyə olunur ki, bu səhifədə dəyişiklik edən zaman diqqətli olmaq lazımdır.
Beləliklə biz Windows XP əməliyyat sistemində Səs parametrlərinin tənzimlənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий