Домой / Word 2003 / Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi

Sətrin hündürlüyünün və sütunun eninin düzləndirilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Bu gün ki, video dərsimizin mövzusu Sütunun eni və sətrin hündürlüyünün düzləndirilməsi olacaq. Hər şeydən əvvəl lazımı sətr və sütunları və yaxud da bütövlükdə cədvəli qeyd edin. Sütunların eninin bərabərləşdirilməsi üçün cədvəl və haşiyələr panelində olan Выровнять ширину столбцов düyməsindən istifadə olunur. Sətrlərin hündürlüklərinin bərabərləşdirilməsi üçün isə Выровнять высоту строк düyməsindən istifadə olunur.
Bu əməliyyatın yerinə yetirməyin digər üsulları da vardır. Bunlardan biri də xətkeş vasitəsilədir. Əgər ekranda xətkeş yoxdursa, bu zaman Görünüş-Wiew-Вид menyusuna daxil olun və Xətkeş-Ruler-Линейка əmrini seçin.
Bundan sonra xətkeş Microsoft Office Word 2003 proqramına bərkidiləcək. Mausun oxunu cədvəl daxilində hər hansısa bir xana üzərində yerləşdirdikdə xətkeş üzərində avtomatik müəyyən bir bölgü yaradılacaq. Bu bölgülər bizə hər bir sütunun eni haqqında məlumat almağımıza imkan verəcək. Məsələn, sütunun enini düzləndirmək istəyiriksə, bu zaman kursorun göstəricisini sütunun sağ sərhəddinə yaxınlaşdırın və bu zaman kursorun göstəricisi hər iki tərəfə istiqamətlənmiş bir xətt halını alacaqdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий