Домой / Elektron dərsliklər / Shockwave flash modulu ilə bağlı baş verən nasazlıq və onun aradan qaldırılması

Shockwave flash modulu ilə bağlı baş verən nasazlıq və onun aradan qaldırılması

Google Chrome səyyahında baş verən Ən geniş yayılmış səhvlərdən biri də Shockwave Flash moduludur.Şəkil 1-də bu problem göstərilib.

Shockwave flash modulu səhvi,Shockwave flash modulunda nasazlıq,

Şəkil 1

Gəlin  bu problemi törədən səbəbləri aydınlaşdıraq və onun aradan qaldırılması yollarını müzakirə edək.

Shockwave flash modulu ilə bağlı baş verən nasazlıq və onun aradan qaldırılması

Məlumdur ki, kompüterdə Onlayn videoları  canlandırmaq üçün Flash Player proqramı hökmən  olmalıdır.

Bu kiçik proqram veb-səhifələr də  fleş-kontentin (video, oyun, bannerlərin, animasiya) işləməsinə  cavab verən proqramdır. Flash texnologiyası haqqında ətraflı məlumat  almaq üçün buna aid saytımda dərc olunan Flash (Adobe Flash) nədir?Adobe  Flash proqramı nə üçün istifadə olunur?  məqaləsində ətraflı cavab tapa bilərsiniz.

Bildiyimiz kimi bəzi səyyahlar vardır ki, artıq onlar üzərinə avtomatik olaraq Adobe Flash Player proqramı quraşdırılıb. Bu cür səyyaha nümunə olaraq Google Chrome səyyahını göstərmək olar. Ona görə də bu səyyah vasitəsilə onlayn videolara və digər flash kontentli materiallara baxdıqda istifadəçi heç bir problem yaşamır. Lakin biz həmin səyyah üçün yenidən Adobe Flash Player proqramını təkrar yükləsək, onda Google Chrome səyyahında nasazlıq yaranacaq. Bu səyyahda səhvin yaranmasına səbəb olacaqdır.

Buradan aydın olur ki, biz problemi yaradan səbəbi tapdıq. Amma hansı Flash Player  proqramını söndürmək lazımdır ki, bu səhvi aradan qaldıraq?

Düşünürəm ki, bu halda mənim fikrimcə Google Chrome səyyahı üzərinə inteqrasiya olunmuş Adobe Flash Player proqramını söndürmək lazımdır. Sizcə niyə? Məncə ona görə ki, səyyah üzərinə inteqrasiya olunmuş Adobe Flash Player proqramı yalnız səyyahın yenilənməsi nəticəsində yenilənir. Adi qaydada isə o yenilənmir. Əvvəlki məqaləmdə mütəmadi olaraq bu cür yenilənmələri aparmaq vacibliyini bildirmişdim. Adətən proqramın özü bu barədə sizə xəbərdarlıq söyləyərək müvafiq məlumat verir. Bu cür yenilənmələrlə Adobe şirkəti proqramda tapılan səhvləri və zəifliyi düzəldir. Yenilənmə proqramın düzgün və stabil işləməsini təmin edir. Həmçinin Flash texnologiyasında olan yeni funksiyaları əlavə edir. Odur ki, bu cür yenilənmədən imtana etmək olmaz.

Beləliklə biz qərara gəldik ki, Google Chrome səyyahı üzərində avtomatik gələn plagini söndürək. Bunun üçün səyyahın URL ünvanına aşağıdakı sətri yazırıq.

chrome://plugins

Gördüyümüz kimi səyyah üzərində mövcud olan bütün komponentlərin siyahısını görürük.

Adobe Plash Player proqramını tapırıq. Fikir veririk ki, proqramın qarşısında mötərizə içərisində 2 rəqəmi yazılıb. (Şəkil 2 bax)

Shockwave flash modulu səhvi,Shockwave flash modulunda nasazlıq,

Şəkil 2

Bunun üçün «Подробнее» keçidi üzərində vururuq. Şəkil 3-də gördüyümüz kimi Adobe Flash Player həm Google Chrome səyyahının qovluğunda həm də əməliyyat sisteminin proqram üçün nəzərdə tutulmuş qovluğundadır. Bunun üçün Google Chrome səyyahının qovluğundakı Adobe Flash Player plaginini söndürürük. Sonra isə Google Chrome səyyahını yenidən işə salırıq.

Shockwave flash modulu səhvi,Shockwave flash modulunda nasazlıq,

Şəkil 3

Beləliklə problem bu üsulla həll olunmalıdır. Əgər siz kompüterinizdə Adobe Flash Player proqramının son versiyası deyilsə, onda məsləhət görərdim ki, saytımda dərc olunan Adobe Flash Player proqramının yüklənməsi və ya Adobe Flash Player proqramının silinməsi və yenidən yüklənməsi qaydası adlanan dərslərimi oxuyasınız.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий