Домой / Windows 7 / Windows 7-də siçanın parametrlərini tənzimləmək

Windows 7-də siçanın parametrlərini tənzimləmək

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki, video dərsimizin mövzusu Windows 7 siçanın parametrlərini tənzimləmək olacaq. Məlumdur ki, Windows Xp əməliyyat sistemində olduğu kimi Windows 7 əməliyyat sistemində də Siçan (mouse) və onun parametrlərini tənzimləmək olar. Bunun üçün idarəetmə panelinin müvafiq proqramından istifadə olunur. İlk növbədə siçanımızın göstəricisini Başla- Пуск menyusuna yaxınlaşdırın və üzərində siçanın sol düyməsi ilə bir dəfə vurun. Açılmış menyunun ikinci sütunundan sütunundan İdarəetmə paneli- Панель управления adlanan sətri seçin. Beləliklə ekrana idarəetmə paneli adlanan yeni pəncərə açılacaq. Pəncərədə Мышь-Siçan proqramını tapın. Həmin proqramı ekrana çağırın. Gördüyümüz kimi Мышь-Siçan proqramının pəncərəsi ekranda görsəndi. Proqramın pəncərəsi beş səhifədən ibarətdir. Hər bir səhifəni ayrılıqda izah etməyə çalışaq. Кнопки мыши adlanan səhifə vasitəsilə siçanın düymələrinin təyinatını dəyişmək, iki qat çıqqıltının sürətini müəyyənləşdirmək və digər parametrləri tənzimləmək olar. Növbəti səhifə Параметры указателя-Göstəricinin parametrləri səhifəsidir. Bu səhifənin köməyi ilə məhz göstəricinin sürətini dəyişmək onun iş masasında görünməsi və gizlənməsi zamanı yerini müəyyən etmək və sair bu kimi parametrləri tənzimləmək olar. Bu barədə video dərsliyimizdə ətraflı məlumat verilir. Növbəti səhifə Указатели adlanır. Указатели adlanan səhifənin köməyi ilə göstəricinin formasını dəyişmək mümkündür. Həmçinin burada göstəricilərin müxtəlif formada hazır sxemləri də verilmişdir. Göstərici ilə bağlı bir sıra effektlərə də bu səhifədə rast gəlmək olar. Digər bir səhifə Оборудование-Qurğu adlanır. Bu səhifənin köməyi ilə siçanın qoşulduğu portun adını və onun hansı firma tərəfindən yaradıldığını eləcə də siçanın cari vəziyyəti işləyib-işləməməsi haqqında məlumatı buradan almaq olar. Колесико adlanan səhifə siçanın mərkəzdə olan diyircəyinin parametrlərini tənzimləməyə xidmət edir. Belə ki, bu səhifə həm üfüqi, həm də şaquli vəziyyətdə siçanın diyircəyi istifadə olunan zaman bir fırlatmanın neçə sətir və ya simvol sayında olacağı müəyyən olunur. Bütün dəyişikliklərin sonunda Ok düyməsini sıxmağı unutmayın.

Müəllif: Şaiq Qədirov

Один комментарий

  1. Mövzunuza qulaq asdım.Çox xoşuma gəldi.Sağ olun.

Оставить комментарий