Домой / Word 2003 / Simvolların yerləşdirilməsi

Simvolların yerləşdirilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında simvolların yerləşdirilməsi olacaq.
Tez-tez siz sənədi yaradarkən klaviatura üzərində olmayan simvollardan istifadə etməyə məcbur olursunuz. Klaviatura üzərində olmayan simvolların sənədə yerləşdirilməsi üçün kursoru lazımi yerdə yerləşdirin. İndi isə Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Simvol-Symbol-Символ əmrini seçin. Qarşıya eyni adlı pəncərə çıxacaq. Həmin pəncərənin Simvol-Symbol-Символ adlanan səhifəsi ilk növbədə yerləşdirmək istədiyimiz simvolun şriftinin seçilməsini təklif edir. Biz nümunə üçün Wingdings şriftini seçəcəyik. Əgər şrifti tapmaq bizə çətindirsə, Şrift-Font-Шрифт sahəsinə seçəcəyimiz şriftin adını yazırıq. Gördüyümüz kimi Wingdings şrifti müxtəlif formatlarda təklif olunur. Wingdings şrifti proqrama xüsusi işarələrin, simvolların yerləşdirilməsini təklif edir. Nümunə olaraq telefon simvolunu seçək və pəncərədəki Вставить-Paste düyməsini sıxın. Beləliklə göstərilmiş simvol vərəqə yerləşdirildi. Pəncərəni bağlamaq üçün Bağlamaq-Close-Закрыть düyməsini vurun. Simvolları istənilən klaviatura kombinasiyası ilə əvəz etmək olar. Əgər klaviaturada üzərində olmayan simvollar bizə tez-tez lazım olursa, onu klaviatura düymələri ilə əvəz etmək olar. İlk öncə Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılan menyudan Simvol-Symbol-Символ əmrini seçin və şrifti müəyyən edin. Məsələn: Times New Roman. Beləliklə, şriftə uyğun xüsusi simvollar təklif olunur. Həmin simvollardan hər hansısa birini seçək. Amma onu əvvəlcə yerləşdirməyək. Aşağıdakı Сочетание клавиш düyməsini sıxın. Simvolu xüsusi klaviatura kombinasiyası ilə əvəz edək. Bunun üçün Новое сочетание клавиш deyilən sahə mövcuddur. Həmin sahədə klaviaturada istifadə olunmayan hər hansı bir düymə birləşmələrini daxil edək. Məsələn: CTRL+1. Sonra isə Назначить düyməsini sıxın. Beləliklə, CTRL+1 düyməsi sıxıldıqda bizə lazım olan simvol daxil ediləcəkdir. Unutmaq olmaz ki, klaviatura təyinatı verdiyimiz simvolun klaviatura təyinatını silmək olar. Bunun üçün Yerləşdirmək-İnsert-Вставка menysuna daxil olun. Simvol-Symbol-Символ adlanan əmri seçin. Şrifti tapın və qeyd edin. Новое сочетание клавиш adlananan düyməni sıxın. Текущие сочетания sahəsinə təyinat verdiyimiz klaviatura kombinasiyasını daxil edin. Sonra pəncərədə aktivləşən Silmək-Delete-Удалить düyməsini sıxın. Beləliklə klaviatura kombinasiyası silindi. Pəncərəni bağlamaq üçün Bağlamaq-Close-Закрыть düyməsini sıxın.
Pəncərənin digər elementləri. Ранее использовавшиеся символы sahəsində son 16 istifadə olunan simvolların siyahısı verilir. Burada olan simvolları cari anda istifadə etdiyimizdən onların siyahısı buraya daxildir. Ən çox istifadə olunan simvollar siyahısına №,!, «,» və s. kimi simvolar daxildir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий