Домой / Elektron dərsliklər / Şırnaqlı printer

Şırnaqlı printer

Şırnaqlı printer [ink-jet printer; стуруйный принтер] printerlərin ən populyar növüdür.Adətən, onlar rəngli olur və demək olar ki, istənilən kağızda yüksək keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir.Onların bəzilərində hətta fotoqraf keyfiyyəti almaq mümkündür.Qiymət baxımından da bu printerlər əlverişlidir (100 dollardan aşağı qiymətdən başlamış bir neçə yüz dollaradək).
Şırnaqlı printerlər çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir.Damcılar kağıza aramsız olaraq şırnaqla axır, buna görə də printerlər belə adlandırılıb.Kartricdən mürəkkəb birbaşa kağıza düşdüyündən şırnaqlı printerlərdə boyayıcı lentə, yaxud tonerli kartricə gərək qalmır.
Şırnaqlı printerlərlə işləyərkən bir şeyi də unutmayın: mürəkkəb su ilə təmasda olanda yayılma xassəsinə malikdir.Buna görə də belə printerləri yalnız quru otaqlarda istifadə etmək olar.Elə bu səbəbdən şırnaqlı printerlərdə yüksək keyfiyyətli hamar kağızdan istifadə olunur.
 
Mənbə:Kompüter bunu öyrənməyə nə var ki?

Оставить комментарий