Домой / İKT xəbər / Görmə qabiliyyətini itirmiş insanlara istiqaməti müəyyən etməyə kömək edən sistem yaradılır

Görmə qabiliyyətini itirmiş insanlara istiqaməti müəyyən etməyə kömək edən sistem yaradılır

“Fujitsu” kompaniyasının mütəxəssislərinin Yaponiya Rabitə və İnformasiya Texnologiyaları Milli İnstitutunun alimləri ilə əməkdaşlığı nəticəsində zəif görən və görmə qabiliyyətini tamamilə itirmiş insanlara istiqaməti müəyyən etməyə yardım edən xüsusi sistem hazırlanıb.

“İCTnews” elektron xəbər xidmətinin “pitbit.ru” resursuna istinadən verdiyi məlumata görə, sistem mobil  stansiyalardan ibarətdir. Stansiyalar arasında daim əlaqə olur, öz aralarında məsafəni ölçür və alınmış informasiyanı mərkəzi kompyuterə göndərir.

Kompyuter onu emal edir, koordinatları müəyyən edir və “Android” ƏS əsasında “Bluetooth” üzrə  istifadəçinin smartfonuna  yollayır. Xüsusi əlavə səslə insana konkret hədəfə qədər onun hazırda olduğu yeri, hərəkət istiqamətini və məsafəni bildirir.

Hazırda sistemin ilk sınaqları keçirilir, tətbiq olunmazdan əvvəl tamamlanması tələb olunur. Bəzi hallarda sistem hələ ki maneələri tanıya bilmir və yalnız 30 santimetr dəqiqliklə hədəfin yerini müəyyən edir. Bununla belə,  yaradıcıların  sözlərinə görə, yeni texnologiya böyük potensiala malikdir və GPS əsasında hazırlanan mövcud analoji sistemlərdən fərqli olaraq məhz yerləşmələrin daxilində işə yönəldilib.

Mənbə:“İCTnews”

Оставить комментарий