Домой / İKT xəbər / “iPhone 5” smartfonu “sındırıldı”

“iPhone 5” smartfonu “sındırıldı”

“chpwn” ləqəbi ilə tanınan haker Qrant Pol “Apple” şirkətinin yeni “iPhone 5” smartfonunu “sındırması” haqqında məlumat yayıb. Nəticədə aparata “Apple”-ın təsdiqləmədiyi tətbiqləri quraşdırmaq mümkündür.

Gadirov.com elektron xəbər xidməti 
“ICTnews.az” saytına istinadən bildirir ki, haker hələ ki populyar smartfonun yeni modelinin “sındırılması” ilə əlaqədar təlimatı açıq girişdə dərc etməyib.

Pol sübut kimi “iPhone 5” smartfonunda icra edilmiş “Cydia” tətbiqinin fotosunu öz “Twitter” mikrobloqunda yerləşdirib. Qeyd edək ki, bu tətbiqi  yalnız “Apple”-ın “sındırılmış” mobil qurğularına quraşdırmaq olur.

Оставить комментарий