Домой / İKT xəbər / “iPhone” smartfonlarının satışından 150 milyard dollar gəlir əldə edilib

“iPhone” smartfonlarının satışından 150 milyard dollar gəlir əldə edilib

“Apple” korporasiyası “iPhone” smartfonunun satışlarından 5 il ərzində 150 milyard dollar həcmində gəlir qazanıb. Şirkət 5 il ərzində bazara 250 milyon smartfon tədarük edib. Bu barədə “Strategy Analytics”-in hesabatında qeyd olunub.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, “Asymco” şirkətinin daha əvvəl dərc edilmiş məlumatına görə, "alma" şirkətinin bütün gəlirinin yarısından çoxu “iPhone” və “iPad” vasitəsilə qazanılır. Məlumat üçün bildirim ki, “iPhone” smartfonu 2007-ci il iyunun 29-da, “iPad” planşet kompyuteri isə 2010-cu il aprelin 3-də satışa çıxarılıb.

Mənbə:İctnews.az

Оставить комментарий