Домой / Word 2010 / Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti on yeddinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki dərsimizin mövzusu Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi olacaq. İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu dərsdən etibarən biz formatlaşdırma ilə bağlı mövzulara başlanğıc veririk. Bu gün ki, dərsimizdə biz sadə anlayışlardan istifadə edəcəyik.

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi 

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

CTRL+A düyməsi

Qeyd etmək lazımdır ki, hər bir mətni daxil edərkən əvvəlcə həmin mətnin şrifti seçilməlidir. Və yaxud da şrifti dəyişmək üçün hansı əməliyyat ardıcıllığı görülür? Bu kimi məsələlərə məhz bu video dərsliyimizdə aydınlıq gətirəcəyik. Əvvəlcə mətnin şriftinin dəyişdirilməsi prosesinə baxaq. Bunun üçün ilk öncə bütövlükdə mətn qeyd olunur. Mətnin bütövlükdə seçilməsi üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə A hərfi vurulur. Bundan sonra Главная lenti üzərinə bərkidilmiş  Шрифт  panelinə diqqət edək.  Шрифт paneli üzərində müxtəlif düymələr toplanmışdır ki, onlar mətnin şrifti üzərində müxtəlif əməliyyatlar yerinə yetirməyə imkan verir. Bu əməliyyatlarla biz

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Şrift paneli

növbəti dərslərdə tanış olacağıq. İndi isə panel üzərinə bərkidilmiş Шрифт adlanan düymədən istifadə edək. Həmin düymənin üzərində siçanın göstəricisini bir dəfə sıxdıqda kompüterə yüklənmiş müxtəlif şriftlərin siyahısı təklif olunur. Bu şriftlərin böyük əksəriyyəti də məhz mətn redaktorları üçün nəzərdə tutulub. Dəyişmək istədiyimiz şriftin növünü seçdikdə avtomatik həmin mətnimiz həmin şrift nümunəsini qəbul edir. Bu işin müsbət cəhəti odur ki, seçilmiş şrifti tətbiq etmədən onun necə görünəcəyi barəsində istifadəçiyə əvvəlcədən görsənməsidir. Demək olar ki, Word 2007 proqramından başlayaraq bu belədir. Yəni xüsusi effektlər əlavə olunub ki, şrifti tətbiq etməmişdən qabaq onun nəticəsini istifadəçiyə görsətsin. Məlumdur ki, Azərbaycan dilli mətnləri daxil edərkən bir sıra hərflər vardır ki, müəyyən şrift nümunəsi seçildikdə həmin hərflər digər simvollarla əvəzlənir. Bir sözlə Azərbaycan dillində daxil edilən mətnlərə bu şriftləri tətbiq etmək olmur. Odur ki, təklif olunan siyahıdan elə şrift qarnituru seçilməlidir ki, o doğma dilimizdə daxil edilən mətnləri dəstəkləsin.

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Şriftin seçilməsi

Azərbaycan dillində daxil edilən mətnləri dəstəkləyən bir sıra şrift qarniturları vardır ki, onlardan

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Размер щрифта

biri də Times New Roman şriftidir. Times New Roman şriftini mətnimizə tətbiq edək. Gördüyüm kimi mətnimiz artıq Times New Roman şriftindədir. Bu əməliyyat şrift qarniturunun dəyişdirilməsi idi. Şriftin ölçüsünü dəyişmək istədikdə ilk növbədə verilmiş mətn seçilməlidir. Mətnin seçilməsi üçün müxtəlif üsullar vardır. Bunlardan istənilən birini tətbiq etməklə yerinə yetirmək olar. Mətnimiz seçildikdən sonra Главная lenti üzərinə bərkidilmiş Шрифт  panelində mövcud olan Размер Шрифта düyməsindən istifadə edək. Bunun üçün alətin sol kənarındakı oxu vurmaqla təklif olunan siyahıdan istənilən ölçünü seçə bilərik. Burada da eyni effekti tətbiq ediblər. Yəni əməliyyatı tətbiq etməmişdən qabaq o ilk növbədə istifadəçiyə görsənir. Şriftin ölçüsünü dəyişmək istədikdə isə sadəcə uyğun gələn rəqəm üzərində siçanın sol göstəricisi bir dəfə vurulur. Beləliklə Word 2010 proqramı 8 punktdan-72 punktda qədər şriftin ölçüsünü dəyişməyi təklif edir. Məlumat üçün bildirim ki, 1 punkt ölçüsü 0.035 sm-ə bərabərdir.

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Увеличить размер

Şriftin ölçüsünün dəyişdirilməsi üçün Шрифт  panelində iki alternativ düymə də istifadəçiyə təklif olunur.

Word 2010 proqramında şriftin və ölçüsünün dəyişdirilməsi

Уменьшить размер

Birinci düymə Увеличить размер düyməsidir. Bu düymənin köməyi ilə seçilmiş mətnin şriftinin ölçüsünü böyütmək olar. Bu cür böyütmə zamanı mətnin şriftinin ölçüsü 2 punkt qədər artan sıra ilə gedir. Yəni deyək ki, biz mətnin şriftini 14 punkt seçmişik. Bu düymə sıxıldıqda onda mətnin şriftinin ölçüsü 16 punkt olacaq. Шрифт  panelində olan digər ikinci düymə isə Уменьшить размер düyməsidir. Bu düymənin köməyi ilə seçilmiş mətnin şriftinin ölçüsünü kiçiltmək olar. Bu cür kiçilmə zamanı mətnin şriftinin ölçüsü 2 punkt qədər azalan sıra ilə gedir. Yəni deyək  ki, biz mətnin şriftini 12 punkt seçmişik. Bu düymə sıxıldıqda onda mətnin şriftinin ölçüsü 10 punkt olacaq.

Beləliklə biz şriftin və şriftin ölçüsünü dəyişməyi öyrəndik. Paneldə verilən düymələrdən istifadə etməklə onu dəyişməyi bacardıq.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий