Домой / Windows XP / Şriftlər

Şriftlər

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Şriftlər olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində müxtəlif proqramların interfeysi bəzəyən eləcədə pəncərələrdəki verilənləri təsvir etmək üçün şrift qarniturlarında istifadə olunur. Şriftlər və onunla bağlı əməliyyatları aparmaq üçün idarəetmə panelində (Панел управления) Шрифты-Şriftlər adlanan proqram qovluğu mövcuddur.ŞriftlərШрифты-Şriftlər qovluğunda toplanan şriftlər həm əməliyyat sisteminin öz üzərində gəlir, həm də istifadəçinin öz tərəfindən yüklənə bilir. Bu qovluğa daxil olmaq üçün siçanın sol göstəricisi üzərində iki dəfə vurulur.ŞriftlərPəncərənin alətlər panelindəki görünüş düymələrindən istənilən birini sıxmaqla mövcud şriftlərin pəncərə daxilindəki görünüşünü nizamlaya bilərsiniz.ŞriftlərPəncərədəki cədvəl şəkilli düymənin sıxılması zamanı şriftlərin cədvəl şəkilli düzülüşünü təmin edir ki, bu da bir sıra parametrlərinə görə şrift haqqında ətraflı məlumat almağa imkan verir.

Şriftlər

Şriftin silinməsi üçün ilk növbədə həmin şrift seçilməlidir. Sonra isə klaviaturada delete düyməsini sıxırıq. Bu zaman qarşımıza bir xəbərdarlıq pəncərəsi çıxır.ŞriftlərHəmin pəncərədə şriftin silinməsi üçün verilən sualın təsdiq və ya inkar olunması üçün düymələr təklif olunur. Mövcud silinmənin təsdiqi üçün Да düyməsini sıxırıq. Şriftlərin kompüterə əlavə olunması üçün onların sadəcə surəti çıxarılır. Sonra isə mövcud şrift qovluğuna daxil olub boş sahədə siçanın sağ düyməsini sıxaraq açılan konteks menyudan Вставить sətri seçilir.ŞriftlərBildiyimiz kimi lazımi şriftlərin kompüterdə olmaması çox vaxt həmin yazının oxunmamasına səbəb olur. Şrift qovluğunda toplanan ümumi şriftlərin sayını vəziyyət sətri vasitəsilə öyrənmək olar.ŞriftlərHal-hazırda bizim nümunəmizdə 159 şrift vardır. Şriftlərin sayının çox olması bir sıra qrafik və mətn proqramlarında rahat işləməyə imkan verir.
Beləliklə biz Windows XP əməliyyat sistemində Şriftlər mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий