Домой / İKT xəbər / Ştrixkodun ixtiraçısı dünyasını dəyişib

Ştrixkodun ixtiraçısı dünyasını dəyişib

Strixkodun ixtiracisiABŞ-da dekabrın 9-da ştrixkodun yaradıcılarından biri Jozef Vudlend 91 yaşında dünyasınıStrixkodun ixtiracisi dəyişib.  Gadirov.com elektron xəbər xidməti  «ICTnews.az» saytına istinadən bildirir ki, Vudlend Nyu-Cersi ştatında doğulub və boya-başa çatıb.
O, İkinci Dünya müharibəsi illərində nüvə silahının hazırlanması üçün nəzərdə tutulmuş «Manhetten» layihəsində iştirak edib və 1940-cı illərin ortalarında Filadelfiya ştatında yerləşən Dreksel Universitetində təhsil alıb. Vudlend ştrixkodu digər aspirant Bernard Silverlə birgə düşünüb. Vudlend birinci ştrixkodu Florida çimərliyindəki qum üzərində çəkib.
Vudlend və Silver 1949-cu ildə ixtiralarına görə patent ərizəsi təqdim etmiş və 1952-ci ildə patent alıblar.
Sonralar patenti «Philco» şirkətinə satıblar. «Philco» şirkəti isə onu «RCA»-ya satıb. Patentin istifadə müddəti 1960-cı illərdə bitib. Ştrixkod 1974-cü ildən etibarən hər yerdə istifadə olunmağa başladı. Ştrixkodla satılan birinci məhsul «Wrigley’s» saqqızı olub.