Домой / Windows XP / Tapşırıq paneli və Başla menyusu

Tapşırıq paneli və Başla menyusu

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Tapşırıqlar paneli və Başla menyusu olacaq.
Bildiyimiz kimi Windows XP əməliyyat sistemində Tapşırıqlar paneli və Başla menyusunun tənzimlənməsi üçün idarəetmə panelində (Панел управления) Панель задач и меню Пуск adlanan proqram mövcuddur.Tapşırıq paneli və Başla menyusuBu proqrama daxil olmaq üçün siçanın sol düyməsi simgə üzərində iki dəfə vurulur.Tapşırıq paneli və Başla menyusuПанель задач и меню Пуск adlanan proqramın pəncərəsi iki səhifədən təşkil olunmuşdur. Birinci səhifə Панель задач-Tapşırıqlar paneli, ikinci səhifə isə Mеню Пуск-Başla menyusu adlanır. Biz bu səhifələrdəki funksiyalar bir çoxunu bu video dərsimizdə izah etməyə çalışacağıaq. Панель задач-Tapşırıqlar paneli səhifəsi tapşırıqlar paneli ilə bağlı bir sıra tənzimləmələri aparmağa imkan verir. Burada ilk bölmə Оформление панель задач-Tapşırıqlar panelinin tərtibatı adlanır. Bu bölmə vasitəsilə aşağıdakıları yerinə yetirmək olar.
Закрепить панель задач-Tapşırıqlar panelini bərkitmək. Bu sətr qarşısındakı çeksboks işarələnərsə, onda tapşırıqlar panelini müstəqil olaraq digər istiqamətə daşımaq mümkün deyil.Tapşırıq paneli və Başla menyusuƏgər işarə götürülərsə, onda tapşırıqlar panelini iş masasının istənilən yerində yerləşdirmək mümkündür.
Автоматически скрывать панель задач-Tapşırıqlar panelini avtomatik gizlətmək. Bu çeksboks adi qaydada işarələnməyib. Əgər bu sahə işarələnib Применить düyməsi sıxılarsa bu zaman tapşırıqlar paneli iş masasında görsənməyəcək. Yalnız siçanın göstəricisi ilə yaxınlaşdıqda o zaman tapşırıqlar paneli meydana çıxacaq.Tapşırıq paneli və Başla menyusuОтображать панель задач поверх остальных окон-Tapşırıqlar paneli digər pəncərələrdən üstün tutmaq. Bu çekboksun işarələnməsi zamanı tapşırıqlar paneli ekranda aktiv olan bütün pəncərələrdən öndə dayanır. Tapşırıq paneli və Başla menyusu Группировать сходный кнопки панель задач-Tapşırıqlar panelindəki düymələrin qruplaşdırılması. Bu çeksboksun işarələnməsi zamanı tapşırıqlar panelində istifadəçi tərəfindən açılan proqram və qovluq pəncərələrinin sayı çox olarsa o zaman pəncərələr yerə qənaət etmək məqsədi ilə qruplaşdırılacaq.Tapşırıq paneli və Başla menyusu Отображать панель быстрого запуска-Tez buraxılış panelinin əks olunması. Bu çeksboksun işarələnməsi onu göstərir ki, tapşırıqlar panelinə yeni bir tez buraxılış paneli əlavə olunur. Bu paneldəki proqramların simgələri kompüterdə ən çox istifadə edilən proqramlarım sayını bizə təsvir edir.

Tapşırıq paneli və Başla menyusu

Yeri gəlmişkən istənilən proqramın simgəsini bu panelə əlavə etməklə vaxt itirmədən həmin proqramı daha rahatlıqla ekrana çağırmaq olar. Bu funksiya bir sıra yeni əməliyyat sistemlərində də mövcuddur.Tapşırıq paneli və Başla menyusu Панель задач-Tapşırıqlar paneli səhifəsinin növbəti bölümü Область уведомлений-Bildirişlər sahəsi adlanır. Bu bölmə vasitəsilə bildirişlər sahəsindəki bir sıra düymələrin mövqeyini dəyişmək olar.
İlk belə bir funksiya saatın bildirişlər sahəsində əks olunub olunmamağı ilə bağlıdır. Əgər Отображать часы çeksboksunda işarə varsa bu o deməkdir ki, bildirişlər sahəsində biz saatı görəcəyik.Tapşırıq paneli və Başla menyusu Əgər saatın bildirişlər sahəsindən çıxarılmasını istəyiriksə, onda bu zaman çeksboksdan işarə götürülməlidir.
Скрывать неиспользуемые значки-İstifadə olunmayan işarələrin gizlədilməsi. Bu çeksboksun işarələnməsi zamanı əməliyyat sistemimizin tapşırıqlar panelində olan işarələrin gizlədilir.Tapşırıq paneli və Başla menyusuBu zaman ox işarəsi yaranır ki, oxu vurmaqla digər simgələrə keçid almaq olar. Bu sahənin tənzimlənməsi üçün sətrin qarşısında Настроить düyməsi vurulur ki, qarşıya çıxan pəncərə ilə bildirişlər sahəsində olan proqramların simgələrini istədiyimiz kimi tənzimləyə bilək.Tapşırıq paneli və Başla menyusuBelə ki, hər bir sətrin qarşısında üç müxtəlif variant təklif olunur. Bu variantlardan istənilən birini seçməklə bildiriş sahəsində çıxan proqram simgələrini nizamlamaq, gizlətmək, göstərmək olar. Əməliyyatın tətbiqi üçün Ok düyməsini sıxmağı unutmayın.
Beləliklə biz Windows XP əməliyyat sistemində Tapşırıqlar paneli və Başla menyusu mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий