Домой / Windows XP / «Windows»da tarix və vaxtın tənzimlənməsi

«Windows»da tarix və vaxtın tənzimlənməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu «Windows»da tarix və vaxtın tənzimlənməsi olacaq. Əvvəlki video dərsimizdə biz əməliyyat sisteminin İdarəetmə paneli ilə tanış olduq. Bildirdik ki, idarəetmə panelində toplanan proqramların hər biri bu və ya digər formada kompüterin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur. İstifadəçinin qarşısına çıxdığı problemin ağırlıq dərəcəsindən asılı olaraq ilk müraciət etdiyi ünvan məhz idarəetmə panelinin proqramları olur. Bu cür proqramlardan biri də kompüterdə tarix və vaxtı tənzimləmək üçün nəzərdə tutulan Дата и время proqramıdır.«Windows»da tarix və vaxtın tənzimlənməsiBu proqram vasitəsilə kompüterimizdə mövcud olan tarix və vaxtı dəyişə bilərik. Həmin proqrama müraciət edək. Gördüyümüz kimi qarşımıza Свойства: Дата и время adlanan yeni pəncərə çıxır. Açılan Дата и время proqramının pəncərəsi üç səhifədən ibarətdir.«Windows»da tarix və vaxtın tənzimlənməsiДата и время adlanan səhifənin köməyi ilə tarix və vaxtı tənzimləmək, saatların geri və irəli çəkilməsini aparmaq və yaxud adi kalendar kimi istifadə etmək olar. Bu barədə video dərsliyimizdə ətraflı söhbət açılır.«Windows»da tarix və vaxtın tənzimlənməsiЧасовой пояс səhifəsi vasitəsilə müxtəlif saat qurşaqlarında yerləşən ölkələrin saatlarını da əməliyyat sisteminə əlavə olaraq yerləşdirmək olar.«Windows»da tarix və vaxtın tənzimlənməsiВремя по Интернету səhifəsi cari anda kompüterdəki vaxtın internet vaxtı ilə sinxronlaşdırılmasını təmin edir.«Windows»da tarix və vaxtın tənzimlənməsiBütün dəyişikliklərin sonunda Ok düyməsi sıxmağı unutmayın.

«Windows»da tarix və vaxtın tənzimlənməsi

Beləliklə biz Windows XP əməliyyat sistemində «Windows»da tarix və vaxtın tənzimlənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий