Домой / Word 2003 / Tarix və vaxtın sənədə yerləşdirilməsi

Tarix və vaxtın sənədə yerləşdirilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında tarix və vaxtın yerləşdirilməsi olacaq.

Vərəqə tarix və vaxtı yerləşdirmək üçün Yerləşdirmək-Вставка-İnsert menyusuna daxil olun. Açılmış menyudan Sənədə tarix və vaxtın yerləşdirilməsi-Date and Time-Дата и время əmrini seçin. Qarşıya çıxmış pəncərə tarix və vaxtın müxtəlif formatlarda və eləcə də müxtəlif dillərdə yerləşdirilməsini təklif edir. Biz Dil-Language-Язык deyilən sahədən azərbaycan dilini seçdikdən sonra Форматы sahəsində tarix və vaxt formatları dəyişir. Məsələn Bazar ertəsi, 20 dekabr 2010-cu ili seçək. Sonra OK vurun. Beləliklə kursor dayandığı yerdə tarix və vaxt yerləşdirildi.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий