Домой / Elektron dərsliklər / Telekommunikasiya vasitələri

Telekommunikasiya vasitələri

Telekommunikasiya vasitələri-uzaq məsafəyə informasiyanın ötürülməsi və qəbulunu təşkil edən texniki vasitələrdir.
Dünyada olan ixtiyari informasiyanı əldə etmək üçün hər hansı bir kompüter tələb olunan verilənlər bazasına daxil olmaq imkanına malik olmalıdır. Bu da öz növbəsində bütün kompüterləri möhtəşəm bir hesablama şəbəkəsi şəklində birləşdirməyi tələb edir.
Keçən əsrin 60-80-ci illərində böyük universal kompüterlər uzaq məsafədə yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni zamanda kompüterlə işləmək imkanı verirdi. Terminalların kompüterlə birləşdirmə texnologiyası ilk hesablama şəbəkələrinin yaradılmasının əsasını qoydu.
Daha sonralar qlobal şəbəkələr meydana gəldi ki, bunlar vasitəsilə daha uzaq məsafələrdə olan kompüterlər bir-birilə birləşə bilərdilər. Qlobal şəbəkəyə misal olaraq, «İnternet» şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə kiçik olduğuna görə, onlar arasında informasiya mübadiləsini çox asan həyata keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini qurmaq lazım idi. Bu da müəyyən vaxt sərfini tələb edirdi. İnformasiya mübadiləsinin əsas kanalı kimi telefon xəttindən istifadə edilirdi. Çünki digər kanallar istismar üçün bir qədər bahalı idi və qlobal şəbəkənin yalnız məhdud sayda kliyentləri buraya daxil ola bilərdilər.
Telefon xətti ilə kompüter əlaqəsini yaratmaq üçün lazım olan ilk qurğu 70-ci illərin əvvəlində istehsal edilmişdir. Buna modem (modulyator-demo-dulyator) qurğusu deyilir. Bu qurğu kompüterə qoşulur və telefon kanalı vasitəsilə verilənləri ötürmək və qəbul etmək imkanına malik olur.
Hazırda müxtəlif funksiyaları yerinə yetirən çoxlu miqdarda müxtəlif modemlər müxtəlifdir. Bu modemlər vasitəsilə sifariş olunan telefon nömrəsini yığmaq, xətt məşğul olduqda bir daha yenidən zəng etmək, telefon dəstəyini «qaldırmaq», avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl şəklində diskə yazmaq mümkündür. Bütün dünya şəbəkələrinin əksər
hissəsi modemlərin köməyilə təşkil olunmuşdur.
Son zamanlar inteqrasiya xidmətlərinə malik telefon şəbəkəsindən (ISDN-İntegrated Services Digital Network) istifadə edilir. Bunun yaradılmasında əsas məqsəd verilənlərin ötürülmə sürətinə olan məhdudiyyətləri aradan qaldırmaq və eyni zamanda mövcud olan telefon xəttləri ilə işləmək imkanına malik olmaqdır. Bu cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Bundan əlavə, bu şəbəkələr çoxkanallı olurlar. Belə şəbəkəyə qoşulmaq üçün baza və genişləndirilmiş interfeyslərdən istifadə etmək lazımdır.
Baza interfeysində avadanlıqların sayı minimum olur və o kliyentə 2 kanal təklif edir: səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün, bir də xidməti kanal. Xidməti kanal vasitəsilə abonent avadanlığının telefon şəbəkəsi ilə informasiya mübadiləsini təşkil etmək mümkündür.Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə olaraq burda 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüksək sürətlə verilənləri ötürmək üçün «invers multiplekləşdirmə» kimi xüsusi proqramdan istifada edilir. Bu halda bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkündür.
Kanalın buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur.Bu məqsədlə klinyet kiçik ölçülü parabolik peykateniysina malik olmalidir.Belə şəbəkəyə yenə də əvvəldə olduğu kimi,telefon kanalı ilə sorğu göndərilir, informasiya isə peyk rabitə kanalı ilə qəbul edir. Belə rabitə kanalıda hər bir istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik olur. Təbii olaraq, belə hallarda siqnalin qəbul olunma sürəti şəbəkəyə verilən sorğunu sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda verilenlərin ötürülmə etibarlılığı da artır.
Fərdi kompüterlərin meydana gəlməsi qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə yaxşılaşmasına səbəb olmuşdur.Bu artımın çox hissəsini isə istifadəçidə olan kompüter və modemlər təşkil etmişlər.
Bütün qlobal şəbəkələr bir-birilə əlaqədardırlar , lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks,teleks, adi poçt xidmətləri də göstərə bilər.Bunun üçün şəbəkənin xüsusi qovşağı olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir və sonra onları faks və lazımi telefon nömrəsinə göndərirlər. 
Belə şəbəkə ilə həmçinin adi məktub və teleqramları da göndərmək mümkündür.Belə halda elektron poçtu ilə şəbəkənin xüsusi qovşağına mətn göndərilir, orada o aydınlaşdırılır, zərfin daxilinə qoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir.
Şəbəkənin bu cür böyük imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır.Şəbəkələrin belə sürətlə inkişaf etməsi, telekommunikasiya şəbəkə və vasitələrin geniş inkişafı nəticəsində mümkün olmuşdur.<< İnternet >>-də olan elektron poçt vasitəsilə dünyanın 130 ölkəsində olan şəbəkə kliyentlərinə məktub göndərmək mümkündür.Bütün dünyada serverlər milyonlara müxtəlif fayllara daxil olmağı təmin edir.
Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların sürətlə və etibarlı ötürülməsini təmin edir.
Modem telefon xətti ilə kompüter arasında rabitə əlaqəsi yaradan rəqəm elektrik siqnallarını alaloq formasına və əksinə çevirir. «Modem»sözü «modulyator» və «demotulyator»sözlərinin ixtisarından yaradılmışdır.
Mənbə:İnformatika dərsliyi

Оставить комментарий