Домой / Windows XP / Tərtibat dəyişmə

Tərtibat dəyişmə

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Tərtibat dəyişmə olacaq. Əvvəlki video dərslərimizdə biz Свойства экран adlanan proqramın köməyi ilə ekran və onun parametrləri eləcədə ekran qoruyucusu anlayışları ilə tanış olduq. Həmçinin dərslərin birində bildirdik ki, Свойства экран adlanan proqramın pəncərəsi beş səhifədən təşkil olunub. İndi isə bu səhifələrin biri Оформление-Tərtibat adlanan səhifə ilə tanış olacağıq.Tərtibat dəyişmə Bu səhifədə olan bir sıra funksiyaların köməyi ilə tərtibatla bağlı müxtəlif dəyişiklikləri apara bilərik. Belə ki, Оформление-Tərtibat adlanan səhifədə toplanan funksiyalar əməliyyat sisteminin pəncərə və düymələrin tərtibatını, onların rəngini və şriftini dəyişməyə imkan verir. Окна и кнопки adlanan menyu vasitəsilə siyahıda təklif olunan tərtibat nümunələrindən birini seçməklə bütövlükdə əməliyyat sistemində olan pəncərə və düymələrin tərtibatını dəyişmək olar.Tərtibat dəyişməMəsələn bizim nümunədə Стиль Windows XP verilmişdir. Onu digər tərtibat nümunəsinə dəyişək. Bunun üçün siyahıdan Классический стиль nümunəsini seçək.Tərtibat dəyişməGördüyümüz kimi pəncərə və düymələrin tərtibatı dəyişildi. Bunu nümunə pəncərəsində asanlıqla görmək olar.Tərtibat dəyişməZövqümüzə uyğun digər tərtibat nümunələrini seçməklə pəncərə və düymələrin tərtibatını dəyişmək olar. Hər bir tərtibat nümunəsi özlüyündə bir neçə rəng sxemini birləşdirir.Tərtibat dəyişməBelə ki, Стиль Windows XP tərtibat nümunəsi seçilibsə o zaman Цветoвая схема sahəsində rəng sxemi kimi üç variant təklif olunur. Standart olaraq pəncərə və düymələrdə olan rəng sxemi göy rəngdədir. Amma siyahıdan gümüşü və yaşıl rəngi seçməklə tərtibat nümunəsinin rəng sxemini dəyişmək olar.Tərtibat dəyişməPəncərə və düymələrin üzərindəki mətnlərin şriftlərinin ölçülərini dəyişmək üçün biri Оформление-Tərtibat adlanan səhifədə Размер шрифта-Şriftin ölçüsü sahəsi mövcuddur.Tərtibat dəyişməBurada istifadəçiyə üç variant təklif olunur. Оформление-Tərtibat adlanan səhifədə növbəti düymə Эффекты-Effektlər adlanır. Bu düyməyə müraciət etdikdə növbəti bir pəncərə açılır ki, burada pəncərə və düymələrin tərtibatı üçün müxtəlif effektləri seçməyə imkan verir.Tərtibat dəyişməBelə ki, Эффекты-Effektlər pəncərəsində olan bütün işarələri böyütmək çekoksunu işarələsək o zaman iş masamızda və menyularda olan bütün simgələrin ölçüləri böyüyəcək.

Tərtibat dəyişmə

Bu effektin tətbiqi zamanı monitorun və eləcədə video adapterin parametrlərini nəzərə almaq lazımdır. Başqa effekt nümunələri haqqında video dərsliyimizdə danışılır. Оформление-Tərtibat adlanan səhifədə növbəti düymə Дополнительно-Əlavələr adlanır.Tərtibat dəyişməBu düyməyə müraciət zamanı yeni pəncərə açılır.Tərtibat dəyişməPəncərədə nəinki iş masasının eləcədə əməliyyat sistemində olan müxtəlif pəncərələrin daxili fonunun rəngini və s bu kimi effektləri tətbiq etməklə bütövlükdə tərtibatı dəyişmək mümkündür.Tərtibat dəyişməDaha ətraflı video dərsliyimizdə verilmişdir.
Beləliklə biz Windows XP əməliyyat sistemində Tərtibat dəyişmə mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий