Домой / Power Point 2003 / Tərtibat şablonlarından istifadə

Tərtibat şablonlarından istifadə

Yeni slayd yaratmaq üçün bir neçə üsul mövcuddur. Həmin üsullardan biri ilə yeni slayd yaradaq. Bunun üçün Standart alətlər panelində Yeni-New Blank Document-Создать düyməsini basın. Qarşımızda boş yeni maket açıldı. Ekranın sağ küncündə Text Layouts-Макеты текста sahəsində mətn üçün müxtəlif mətn maketləri seçə bilərik. Ilk növbədə slaydın tərtibatını dəyişək. Sonra isə mətn maketlərindən istifadə edərək mətnləri daxil edək. Slide Layout-Разметка слайда yazılan xüsusi sətrin sağ tərəfində kiçik ox iaşrəsi vardır. Bu oxu seçin və ya Format-Format-Формат menyusunun Оформление слайда əmrindən istifadə etməklə də həmin əməliyyatı yerinə yetirmək olar. Ekrana Дизайн сдайда adlı yeni panel gələcək. Burada müxtəlif tərtibata malik istənilən dizayn slaydı seçək: Orbit. Indi isə mətnləri daxil edək. Slayd başlanğıcı-Clickto add title-Заголовок слайда üzərində sol düyməni bir dəfə basın və Kompyüter Təhsil Mərkəzi sözlərini daxil edin. Izahat yazmaq üçün Click to add text-Подзаголовок слайда üzərində də sol düyməni bir dəfə sıxın. Məsələn, Yeni informasiya texnologiyaları yazın. Indi isə slaydı yadda saxlayaq.

Bunun üçün Fayl-File-Файл menyusuna daxil olub, Hansı adla yadda saxlamalı-Save as-Сохранить как əmrini seçin. Açılmış Save As-Сохранение документа pəncərəsində Faylın adı-File name-Имя файла sahəsində fayla ad verin: KTM. Slyadı yadda saxlamaq üçün istınilən yaddaş mənbəsi seçilə bilər. Məsələn, Mənim sənədlərim-My Documents-Мой документы seçilir və pəncərədəki Yadda saxla-Save-Сохранить düyməsini seçin. Beləliklə, sənəd yadda saxlanıldı.

Tertibat sablonlari

Yeni slaydın yaradılması düyməsi

Tertibat sablonlari

Format-Format-Формат menyusunun şəkildə göstərilən əmrilə müxtəlif tətibatlı slaydlardan istifadə

Tertibat sablonlari

Sənədin ilk dəfə yadda saxlanılması

Tertibat sablonlari

Sənədə ad verilməsi, yadda saxlanılacaq qovluğun seçilməsi və yadda saxlanılması.

Müəllif:Şaiq Qədirov

Оставить комментарий