Домой / Elektron dərsliklər / Uyuma və gözləmə rejimləri arasındakı fərq nədir?

Uyuma və gözləmə rejimləri arasındakı fərq nədir?

Əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri.Xoş gördük sizləri.Bu gün ki,dərsimizin mövzusu əməliyyat sistemində uyumagözləmə rejimlər arasındakı fərqə həsr olunacaq.

Uyuma və gözləmə rejimləri arasındakı fərq nədir?

uyuma ve gozleme rejimleriOnu da qeyd edim ki,bu mövzumuz istər yeni başlayan istifadəçilər üçün istərsə də bu sahədə az-çox təcrübəsi olan istifadəçilər üçün faydalı olacaq.Yəqin ki,əməliyyat sistemində olan bu rejimlər haqqında nələrisə eşitmisiniz.Məsələ burasındadır ki,böyük əksəriyyət istifadəçilər bu rejimlər arasındakı fərqi tapa bilmirlər.Maraqlısı da odur ki,istifadəçiləri bu vəziyyətə salan iki səbəbi xüsusi ilə vurğulamaq olar.Onlardan birincisi əməliyyat sistemini istehsal edən şirkətdir.İkincisi isə buradakı terminlərin düzgün tərcümə olunmamasıdır..Belə ki,Windows Xp əməliyyat sisteminin rus dili versiyasında Sleep mode və ya Stand by rejimi gözləmə rejimi əvəzinə uyuma rejimi kimi tərcümə olunub.Hibernate rejimi isə uyuma rejimi kimi göstərilib.

İstifadəçilər rejimin bu adlarına öyrəşdiyi halda Windows Vista əməliyyatuyuma ve gozleme rejimleriir sisteminə keçid  zamanı bəzi anlaşılmamazlıqlarla üzləşdilər.Belə ki, Windows Vista əməliyyat sistemindən başlayaraq yuxarıda sadalanan Sleep modeStand By rejimi uyuma rejimi kimi Hybernate rejimi isə hibernasiya kimi göstərilməyə başladı.Gördüyümüz kimi tərcüməçilər belə bir çətinlik yaradırlar.

uyuma ve gozleme rejimleriƏziz oxucularım bu məqaləm vasitəsilə mən Windows Xp və digər Windows ailələri üçün bu rejimləri ətraflı nəzərdən keçirtməyi təklif edirəm.

Beləliklə Windows Xp əməliyyat sistemində bu rejimlərin ayrılıqda mənasını izah edək.

Gözləmə rejiminin mahiyyəti kompüterin bu rejimə keçən zaman elektrik enerjisinə olan tələbatın azaldılmasıdır.Gəlin bunu sadə dildə izah edək.

Əgər kompüterimiz gözləmə rejiminə keçirsə bu zaman kompüterə qoşulan qurğulara verilən elektrik enerjisi kəskin azalır,yalnız əməli yaddaşa ötürülən enerji normal saxlanılır ki,bu da son məqamda sistemdə işləyən proqram və sənədlərin müvəqqəti olaraq əməli yaddaşda saxlanmasına imkan yaradır.

Bu rejimin bir mənfi cəhəti vardır ki, elektrik enerjisi kəsilərsə,proqramda açılmış sənədlər əgər yadda saxlanmamışsınızsa,onda heç nədən itə bilər.Bütün bunları nəzərə alıb onu demək istəyirəm ki,kompüteri bu rejimə keçirməmişdən əvvəl yaratdığınız sənədi(faylı) hökmən yadda saxlayın.

Gözləmə rejiminin istifadə edilməsi notbuklarda əlverişlidir.

Belə ki,sizə notbuku özünüzlə götürmək və bir qədər sonra işinizi davamuyuma ve gozleme rejimleri etdirmək lazımdırsa,onda heç də bütün proqramları söndürmək lazım deyil.Bunun üçün notbuku gözləmə rejiminə gətirmək və lazım gəldikdə isə bu rejimdən çıxartmaqla proqramların işini yenidən bərpa etmək kifayətdir.

Beləliklə biz gözləmə rejimini araşdırdıq.İndi isə keçək əməliyyat sisteminin uyuma rejiminə.

Kompüterin uyuma rejiminə keçirilməsi zamanı bütün məlumatlar əməli yaddaşdan sərt diskdə olan xüsusi fayla yazılır.Bundan sonra kompüter sönür.Yenidən kompüteri işə salan zaman əməliyyat sistemi adi qaydada olduğu kimi işə düşür.Lakin əvvəl sərt diskdə yadda saxlanılmamış faylı tapan kimi o əməli yaddaşa həmin faylı yükləməklə əvvəl açılmış proqram və sənədləri bərpa etmiş olur.Bu o deməkdir ki,siz kompüteri bu rejimə keçməmişdən qabaq hansı vəziyyətdə saxlamışdınızsa,elə bu vəziyyətdə geri qayıdacaq.Yəni heç nə itməyəcək.

Bu rejimə notbukun düşməsi çox vaxt  onun batareyasının tükənməsi və ya qapağın örtülməsi zamanı baş verir.

Bu rejimin mənfi cəhəti odur ki,o uzun müddətə işə düşür.Əlbəttə müsbət cəhəti odur ki,bu rejim enerjidən asılı deyil.Belə ki,kompüterin bu rejimə keçirilməsi zamanı sanki o sönür.

Uyuma rejiminə keçirilmiş kompüterin işə salınması üçün hansısa bir təkmil qayda yoxdur.Yəni notbukun qapağını qaldırmaq və ya hər hansı bir düyməni klaviaturada sıxmaqla onu işə salmaq mümkündür.Burada yalnız notbuk və sistem lövhəsinin modeli nəzərə alınmalıdır ki,uyuma rejimindən çıxmanı bacarasan.

Bir vacib məqamıda qeyd etmək istərdim ki,kompüterin uyuma rejimdə işləməsi üçün sərt diskinizdə kifayət qədər boş yer olmalıdır.Çünki əməli yaddaşdan sərt diskə yazılan məlumat hiberfil.sys faylına yazılır.Bu da sərt diskdə ən azı kompüterə quraşdırılan əməli yaddaşın həcmindən az yer tutmamalıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий