Домой / Word 2003 / Vərəqin bölgüsü

Vərəqin bölgüsü

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında vərəqin bölgüsü olacaq.

Yerləşdirmək-İnsert-Вставка menyusu istifadəçiyə aşağıdakı əlavə imkanları təklif edir. Bunun üçün ilk növbədə Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Break-Разрыв əmrini seçin. Break-Разрыв əmri sənəddə bizə bölgü yaratmağa imkan verir. Əgər kursor hansı sətrdə və yaxud abzasda dayanıbsa, həmin sətr və yaxud abzas ikinci səhifəyə düşəcək. Bunu yerinə yetirmək üçün Новую страницу sətrini seçin. Sonra OK düyməsini sıxın. Beləliklə bütövlükdə abzas ikinci səhifəyə düşdü.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий