Домой / İKT xəbər / Vikipediada məşhur insanların səslərini eşitmək mümkün olacaq

Vikipediada məşhur insanların səslərini eşitmək mümkün olacaq

vikipediya mehsur insanlarVikipediya”nın administrasiyası açıq internet-ensiklopediya çərçivəsində “WikiVIP (Voice Intro Project)” fonotekasını yaratmağı nəzərdə tutur.Buraya ensiklopediyada məlumatları olan məşhur insanların təxminən 10 saniyəlik səs yazıları yüklənəcək. Bu yazılar gələcək nəsillərlə bərabər, müasir dövrün insanlarına da görkəmli şəxsiyyətlərin səslərini eşitmək imkanı verəcək.

gadirov.com saytı“ict.az” saytına istinadən bildirir ki, ilk olaraq Böyük Britaniya aktyoru, yazıçı və dramaturq Stiven Frey “WikiVIP” fonotekasına öz səs yazısını yükləyib. Fonotekanın kolleksiyasını tamamlamaq üçün bütün arzu edənlərə icazə verilsə də, səs yazıları “Vikipediya”nın redaktorları tərəfindən yoxlanıldıqdan sonra yerləşdiriləcək

Şaiq Qədirov

Оставить комментарий