Домой / Internet / Web-səhifələrin yadda saxlanması

Web-səhifələrin yadda saxlanması

web sehifeleri yadda saxlamaqƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Web səhifələrin yadda saxlanması adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.Web-brauzerin köməyi ilə istənilən səhifəni asanlıqla yadda saxlamaq olar. İlk növbədə ünvan sətrində ünvanı yazıb səhifəni yükləmək lazımdır. www.azerbaijan.az yazın və Enter düyməsini basın. Səhifə yükləndikdən sonra Fayl (File)web sehifeleri yadda saxlamaq menyusundan Yadda saxlamaq (Save) əmrini seçin.Açılan dialoq pəncərəsində içində faylı saxlamaq istədiyiniz qovluğu seçin və Faylın adı sahəsində Azərbaycan adını yazın.Sonra Faylın tipi (Save as type) açılan siyahısından HTML faylı (Web page, HTML only (*.htm, *.html)) sətrini seçin.Yadda saxlama əməliyyatını sona çatdırmaq üçün Yadda saxlamaq (Save) düyməsini basın. Beləliklə, Web səhifə yaddaşa yazıldı.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий