Домой / Windows 7 / Windows 7-də obyektin göndərilməsi

Windows 7-də obyektin göndərilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki, video dərsimizin mövzusu Windows 7 obyektin göndərilməsi olacaq. Obyekti bir yerdən digər yerə gpndərmək Windows 7 əməliyyat sistemində mümkündür. Lakin burada da müəyyən məhdudiyyətlər vardır. Obyekti göndərmək üçün ilk növbədə obyekt qeyd olunur. Üzərində sağ düymə sıxılır. Açılmış konteks menyudan əvvəlcə Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri seçilməlidir. Bu sətriləri ayrılıqda izah edək
Alt menyuda verilən Адресат sətri faylın və qovluğun elektron poçt ünvanına göndərilməsini təmin edir. Документы obyekti sənədlər qovluğuna göndərir. Получитель факса sətri seçilərsə, onda obyektimiz faks vasitəsilə təyin olunmuş ünvana göndəriləcək. Рабочий стол sətrinin seçilməsi zamanı həmin obyektin iş masasında etiketinin yaradılmasına imkan verir. Сжатая Zip папка sətri seçilərsə, onda obyektləri Zip qovluğu kimi arxivləşdirərək göndərir. Sonuncu olaraq hər hansı bir yaddaş qurğularının seçilməsi həmin obyektin bu yaddaş qurğularına göndərilməsini təmin edir. Biz faylımızı Документы adlanan qovluğa göndərmək üçün həmin sətri seçirik. Gördüyümüz kimi faylımız Документы adlanan qovluğa göndərildi. Hər hansı bir proqramın simgəsini iş masasına göndərmək üçün ilk növbədə Пуск menyusuna müraciət edirik. Açılan baş menyudan əvvəlcə Все программы sətrini sonra isə istənilən proqramın qovluğuna daxil oluruq. Proqramı işlədən faylın üzərində sağ düyməni sıxaraq açılan konteks menyudan Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri kimi Рабочий стол sətrini seçərək klik edirik. Beləliklə proqramın simgəsi artıq iş masasında yarandı.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий