Домой / Windows 7 / Windows 7-də obyektin silinməsi

Windows 7-də obyektin silinməsi

Əziz oxucularım, gadiov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri.Bu gün ki video dərsimizin mövzusu Windows 7 obyektin silinməsi olacaq.Obyektin silinməsi üçün klaviaturada delete düyməsi vurulur.
Windows Xp əməliyyat sistemində olduğu kimi Windows 7 əməliyyat sistemində də obyektin silinməsi eynidir. Bildiyimiz kimi obyektin silinməsi üçün bir neçə üsul mövcuddur. Onları bir-bir araşdıraq.
Obyektin silinməsi üçün istifadə olunan birinci üsul belədir. Obyekt qeyd olunur. Sonra isə klaviaturada delete düyməsi sıxılır. Qarşıya çıxan pəncərədə təsdiq üçün Да düyməsi sıxılır.
Obyektin silinməsi üçün istifadə olunan ikinci üsul belədir. Obyekt qeyd olunur. Sonra isə siçanın sağ düyməsi obyekt üzərində vurulur. Açılan konteks menyudan Удалить sətri vurulur. Qarşıya çıxan pəncərədə təsdiq üçün Да düyməsi sıxılır. Gördüyümüz kimi obyekt silindi.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий