Домой / Windows 7 / Windows 7-də obyektin köçürülməsi

Windows 7-də obyektin köçürülməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki video dərsimizin mövzusu Windows 7 obyektin köçürülməsi olacaq. Obyektin surətini bir yerdən digər yerə köçürmək üçün bir neçə üsul mövcuddur. Bunları bir-bir araşdıraq. Əvvəlcə köçürəcəyimiz obyekt üzərində siçanın sağ düyməsi sıxılır. Açılan konteks menyudan Копировать sətri seçilir. Surəti çıxarılmış obyekt üzərində heç bir dəyişiklik baş vermir. Surətini köçürəcəyimiz yeri təyin etməliyik. Bizim nümunədə bu İKT qovluğu olacaq. Həmin qovluğa müraciət edirik. Sonra siçanın sağ düyməsi vururuq. Açılan konteks menyudan Вставить sətrini seçirik. Gördüyümüz kimi təlimat adlanan faylımız İKT qovluğunun daxilinə köçdü.
Obyekti köçürməyin digər üsulu klaviatura alternativi ilə həyata keçirilir. Bunun üçün İKT qovluğunda olan təlimat faylının surətini klaviatura üsulu ilə digər qovluğa köçürməyə çalışaq. Təlimat faylı qeyd olunduqdan sonra klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə C hərfi vurulur. Qovluğun pəncərəsini bağlayırıq. User files qovluğu açılır. Surəti çıxarılmış obyekti yerləşdirmək üçün CTRL düyməsi sıxılı vəziyyətdə V hərfi vurulur. Beləliklə surətini çıxardığımız təlimat adlanan fayl User files qovluğuna köçürüldü. Bu əməliyyatı digər üçüncü üsullada təkrarlayaq. Bildiyimiz kimi Windows 7 əməliyyat sisteminin pəncərələrində menyu sətri adi vəziyyətdə görsənmir. Pəncərəyə aid menyu sətrinin ekranda görsənməsi üçün klaviaturada ALT düyməsi sıxılmalıdır. Beləliklə pəncərənin yuxarı hissəsində menyu sətri yarandı. Pəncərədə olan istənilən obyekt qeyd etdildikdən sonra Правка menyusuna daxil olub, Копировать sətrini seçirik. Sonra surəti çıxarılmış obyekti yerləşdirmək üçün məkan təyin edirik. Bizim nümunəmizdə bu arxiv 2011 qovluğu olacaq. Həmin qovluğa müraciət edərək açırıq. Yenidən ALT düyməsini sıxaraq menyu sətrinə müraciət edirik. Sonra isə Правка menyusuna daxil olub, Вставить sətrini seçirik. Beləliklə göstərilmiş təlimat faylı mövcud qovluğa köçdü. Obyektin köçürülməsi zamanı tətbiq olunan üsul daha müasirdir. Məlumdur ki, Windows 7 əməliyyat sisteminin pəncərələrində Упорядочить adlanan yeni bir düymə mövcuddur. Həmin düymə üzərində bir dəfə klik olunduqda obyektin surətinin çıxarılması üçün Копировать sətrini seçə bilərik. Bunun üçün faylı qeyd edək və yuxarıda göstərdiyimiz Упорядочить düyməsini sıxmaqla açılan menyudan Копировать sətrini seçək. Surəti çıxarılmış obyekti yeni mövqeyə yerləşdirmək üçün Документы adlanan qovluğa muraciət olunur. Sonra isə Упорядочить adlanan menyuya müraciət etməklə açılan menyudan Вставить sətri seçilir. Beləliklə surəti çıxarılmış təlimat faylı Документы adlanan qovluğun daxilinə yerləşdirildi.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий