Домой / Windows 7 / Windows 7-də qovluğun tərkibinə baxış

Windows 7-də qovluğun tərkibinə baxış

 Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki video dərsimizin mövzusu Windows 7 qovluğun tərkibinə baxış olacaq. Əvvəlki video dərsimizdə biz faylların tərkibi haqqında məlumatları öyrəndik. İndi isə Windows 7-də qovluğun tərkibi haqqında məlumatlara baxaq. Bunun üçün bizə fayllarla zəngin olan hər hansı bir qovluq lazımdır. Biz bu qovluğu kompüter simgəsinə daxil olub, lokal disk c-dəki Windows qovluğu üzərində araşdıraq. Windows 7-də qovluğun tərkibinə baxış üçün üzərində siçanın sağ düyməsi vurulur. Açılan konteks menyudan Свойства sətri seçilir. Beləliklə Windows 7-də qovluğun tərkibinə baxış üçün Свойства adlanan pəncərə açılır. Bu pəncərə bir neçə səhifədən təşkil olunub. Общие adlanan ümumi səhifədə qovluğun bir sıra parametrləri barədə ətraflı məlumat verilir. Тип adlanan sahədə qovluğun fayl üçün nəzərdə tutulduğu yazılıb. Расположение sətri carı qovluğun yerləşdiyi ünvanı göstərir. Размер-Ölçü adlanan sahədə qovluğun həm baytla, həm də gigabaytla ölçüsü yazılır. На диске sahəsində isə qovluq üçün diskdə tutduğu yerin həm baytla, həm də ki, gigabaytla həcmi verilir. Содержит sahəsində isə qovluğun tərkibində olan qovluq və faylların ayrılıqda sayları göstərilir. Создан sahəsində qovluğun yaradıldığı tarix və vaxtı verilir. Faylların tərkibində olduğu kimi qovluqların tərkibi pəncərəsində də Атрибуты adlanan sahə mövcuddur ki, bu da qovluqlara verilən bilən atributları müəyyən edir. Adətən Windows qovluğu sistem qovluğu olduğu üçün ona elə əməliyyat sisteminin özü tərəfindən avtomatik olaraq Только для чтение atributu verilib. Скрытый atributunun seçilməsi zamanı isə qovluq gizlədilir. Bütün dəyişikliklərin sonunda Ok düyməsi sıxılır.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий