Домой / Windows 7 / Windows 7 pəncərəsinə aid elementlərin izahı

Windows 7 pəncərəsinə aid elementlərin izahı

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçilər. Xoş gördük sizlər. Bu gün ki, video dərsimizin mövzusu Windows 7 pəncərəsinə aid elementlərin izahı olacaq. Bunun üçün istənilən pəncərəni ekrana çağıraq. Bizim nümunəmizdə bu Компьютер pəncərəsi olacaq. Digər Windows pəncərələrində olduğu kimi Windows 7 pəncərələri də aşağıdakı elementlərdən təşkil olunub. Onlar aşağıdakılardır:
Pəncərənin başlıq zolağı və onun üzərində yerləşən üç element.Bu elementlərdən biri pəncərəni tapşıqlar panelinə bükür. Bu düymənin adı Свернуть adlanır. Digər düymə Развернуть adlanır. Bu düymənin köməyi ilə pəncərəni ekran boyu böyütmək və kiçiltmək olur. Закрыть düyməsinin köməyi ilə pəncərəni bağlamaq mümkündür. Pəncərənin başlıq zolağının aşağı hissəsində ünvan sətri yerləşir. Ünvan sətrində pəncərənin adı və pəncərənin simgəsi verilir. Ünvan sətrinin sağ tərəfində axtarı sahəsi vardır. Adi qaydada Windows 7 pəncərələrində menyu sətri görsənmir. Menyu sətrinə daxil olmaq üçün klaviaturada ALT düyməsi sıxılır. Menyu sətri ayrı-ayrı menyu bölmələrindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, Windows Xp əməliyyat sistemində menyu sətri kifayət qədər çox bölmədən təşkil olunduğu halda Windows 7 əməliyyat sistemində bu bölmələrin sayı azaldılıb. Menyu sətrinin aşağı hissəsində ayrı-ayrı düymələr və menyulardan ibarət panel yerləşdirilib. Paneldəki elementlər pəncərənin təyinatından asılı olaraq dəyişilir. Bundan başqa pəncərədə mövcud olan elementlərdən biri də sürüşdürmə zolağıdır. Növbəti element pəncərədə vəziyyət sətri adlanır. Seçilmiş obyektlər haqqında ətraflı məlumat vəziyyət sətrində verilir. Pəncərədə yerləşən obyektlərin görünüşünü dəyişmək üçün Вид düyməsindən istifadə olunur. Windows 7 əməliyyat sisteminin üstün cəhətlərindən biri də bütün pəncərələrə bələdçi pəncərəsi kimi yanaşılmasıdır. Demək olar ki, bütün pəncərələrin görünüşü iki hissədən ibarətdir. Pəncərənin sol tərəfi ünvanlar siyahısını, sağ tərəfi isə seçilmiş obyektin tərkibini özündə əks etdirir.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий