Домой / İKT xəbər / Oktyabrda “Windows 8” əməliyyat sisteminin final versiyası istifadəyə veriləcək

Oktyabrda “Windows 8” əməliyyat sisteminin final versiyası istifadəyə veriləcək

”Microsoft” korporasiyası 2012-ci il oktyabrın sonunda kompyuter və planşetlər üçün nəzərdə tutulmuş “Windows 8” əməliyyat sisteminin final versiyasının satışlarına başlayacaq. Bu barədə şirkətin vitse-prezidenti Tami Reller bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Microsoft” korporasiyasının partnyorları üçün Kanadada keçirilən konfransda çıxış edən Tami Reller qeyd edib ki, şirkət avqustda “Windows 8” əməliyyat sisteminin “RTM”-versiyasını istifadəyə verəcək. 2012-ci ilin payızında isə yeni proqram platformasından istifadə edən ilk qurğular meydana çıxacaq.

“Microsoft” indiyə kimi “Windows 8”-in 3 sınaq versiyasını istifadəyə verib: “Release Preview” statusuna malik son sınaq versiyası 2012-ci il mayın sonunda təqdim edilib.

“Windows 8”-in əvvəlki sistemlərdən əsas fərqi “Metro” adlı  istifadəçi interfeysi olacaq. Qeyd edək ki, bu istifadəçi interfeysi  ilk dəfə “Windows Phone 7” mobil platformasında tətbiq edilib. Bu interfeys sayəsində “Windows 8” əməliyyat sistemini həm ənənəvi fərdi kompyuter, həm də planşetlərdə rahat istifadə etmək mümkün olacaq.

Mənbə:“ICTnews.az”

Оставить комментарий