Домой / Elektron dərsliklər / Windows 8 keçməyə dəyərmi?

Windows 8 keçməyə dəyərmi?

windows 8 kecmeye deyermiƏziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Bu məqaləmdə mən sizinlə Windows 8 keçməyə dəyərmi? mövzusunda söhbət açmağa çalışacam. Çünki bu barədə xeyli məktub oxucularımdan alıram.Belə qərara gəldim ki,bu mövzunu da oxucularım üçün şərh edim.

Sözsüz ki,əgər siz müasir konfiqurasiyalı kompüter və ya noutbuk eldə etdinizsə (aldınızsa),onda sizin üçün seçim qalmayacaq.Çünki birmənalı olaraq bu günki müasir kompüterlərin 90%-i Windows 8 əməliyyat sistemi ilə təchiz olunub. Amma sizin kompüterinizdə Windows 7 və ya hətta Windows XP qurulmuşdursa, onda yaxşı reklam edilmiş əməliyyat sisteminə keçid haqqında fikirlər sizi narahat edə bilər.

Beləliklə,mən Windows 8 barədə nə düşünürəm:

  • Mən heç vaxt əməliyyat sisteminin yaranmasından dərhal sonra əməliyyat sistemini qurmağa çalışmıram. Buwindows 8 kecmeye deyermi onunla bağlıdır ki, yeni əməliyyat sistemində bir çox natamamlıq olur. Bunları isə istehsalçılar ən yaxını bir neçə aya, hətta illərlə aradan qaldırmağa çalışırlar.
  • Digər bir məsələ Windows 8  əməliyyat sisteminin quraşdırılması vaxtı avadanlıqlarla bağlı problemlərin yaranması ehtimalı olduqca böyükdür. Çünki sizin kompüterinizin bəzi qurğuları üçün lazımlı drayver olmayacaq (xüsusilə əgər siz kifayət qədər köhnə qurğudan istifadə edirsinizsə – printer və ya skanerdən).
  • windows 8 kecmeye deyermiYeni əməliyyat sistemi adətən yüksək konfiqurasiyalı kompüter parametrlərinə hesablanır və bütün bunlara cavab verən yeni qurğularla yüksək keyfiyyətli işi təmin olunur.Əgər sizin kompüterin parametrləri əməliyyat sisteminin istehsalçılarının tövsiyyə etdiyi minimal tələbata cavab vermirsə,deməli bu sistemi yükləməyə dəyməz.
  • Mən bildiyim qədər, Windows 8 əvvəlcə planşet kompüterləri və sensor ekranlar üçün əməliyyat sistemi kimi nəzərdə tutulurdu ki, istifadəçi onda siçanın köməyi ilə işləməyə biləcək.Yəni monitorun və ya planşetin ekranına barmaqla toxunaraq işləyəcək. Bununla əlaqədar olaraq Windows 8-də Başla menyusunu götürdülər.Hərçənd bunu saxlamaqda olardı.Amma mənə şəxsənwindows 8 kecmeye deyermi yenilik son dərəcə narahat göründü.Bəlkə bu məndə siçan ilə bağlı vərdişdən irəli gəlirdi.

Yekun olaraq onu deyəcəyəm ki, mən yaxın gələcəkdə Windows 8 əməliyyat sisteminə keçməyi planlaşdırmıram və bu ilk növbədə onunla bağlıdır ki, mən, qanundan çıxmayan istifadəçi olaraq, proqram təminatını əldə edirəm, amma yuxarıda sadaladığım  səbəblərdən  heç bir məna görmürəm ki,  pulu hələ tam olmayan əməliyyat sisteminə xərcləyəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий