Домой / Elektron dərsliklər / Windows Reestri nədir?

Windows Reestri nədir?

Windows ReestriƏziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri.Növbəti dərsimdə sizi salamlayıram.Bu günki dərsimiz Windows reestrinə həsr oluncaq.Təbii ki,yeni başlayan istifadəçilərin heç də hamısı bu anlayışın nə olduğunun fərqinə varmır.Bu məqaləm vasitəsilə biz bir sıra suallara cavab tapmış olacağıq.Belə ki, Windows Reestri nədir? Windows Reestrində nə saxlanılır? Windows Reestrinə daxil olmaq üçün hansı əməliyyat ardıcıllığı icra olunur? Windows Reestri haqqında bilmək bizə nə fayda verə bilər?

Gəlin bu sualların hər biri ətrafında ayrıca fikir mübadiləsi aparaq.

Windows Reestri nədir?

Bildiyimiz kimi Windows əməliyyat sistemi kompüterin (aparat təminatı) qurğuları arasında həmçinin  proqramlar (proqram təminatı) və eləcədə sonda istifadəçilər üçün vasitəçilik edir.

Windows əməliyyat sistemi kompüterdə baş verən bütün prosesləri idarə edir.Bu isə o deməkdir ki,əməliyyat sistemdə bütün proqramlarım və həmçinin qurğuların işi barəsində məlumatlar olmalıdır.Bu məqsədlə Windows əməliyyat sistemində məlumatlar bazası vardır ki,burada istər kompüterin aparat təminatının müxtəlif sazlanması parametləri və proqram təminatı,istərsə də əməliyyat sisteminin özü haqqında məlumatlar saxlanılır.

Bu məlumatlar bazasını Windows reestri başqa sözlə desək sistem reestri adlandırırlar.Deməli Windows Reestri sistemin bütün sazlamalarını və quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır.

Windows Reestrində nə saxlanılır?

Windows reestrində məsələn kompüterdə işləyən isitfadəçilər haqqında,hansı proqramın hara yazıldığı və hansı tip fayllar ilə hansı proqram işlədiyi və s bu kimi məlumatlar saxlanılır.Həmçinin reestrdə  saxlanılan Windows əməliyyat sistemi bəzi parametrlərini elə Başla menyusunun İdarəetmə Panelinin köməyi ilə dəyişmək mümkündür.

Windows Reestrinə daxil olmaq üçün hansı əməliyyat ardıcıllığı icra olunur?

Windows ReestriWindows Reestrinə daxil olmaq üçün Start (Başla) menyusundakı — Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 5 bölmədən ibarətdir:

  • HKEY_CLASSES_ROOT — fayl genişlənmələri(tipləri) haqqında məlumatları özündə saxlayır,
  • HKEY_CURRENT_USER — müəyyən istifadəçinin sazlanmaları,
  • HKEY_LOCAL_MACHINE — kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar,
  • HKEY_USERS — bütün istifadəçilər haqqında məlumatlar,
  • HKEY_CURRENT_CONFIG — kompüterin konfiqurasiyası.

Windows Reestri haqqında bilmək bizə nə fayda verə bilər?

Birincisi əməliyyat sisteminin düzgün fəaliyyəti və ümümilikdə kompüterin işi birbaşa reestrdən çox aslıdır.Ona görə də reestrin vacibliyini anlayaraq başa düşmək lazımdır ki,burada aparılan hər hansı bir düzgün olmayan dəyişiklik əməliyyat sısteminin bütövlükdə sıradan çıxmasına səbəb ola bilər.Mən reestrdə aparılan düzgün olmayan dəyişikliklər haqqında heç də əbəs yerə demədim.Mən dəfələrlə elə istifadəçilər görmüşəm ki,onlar internetdə tapıb oxuduğu reestr haqqında hər hansı bir düzgün olmayan məlumat əsasında apardığı dəyişikliyə görə öz əməliyyat sistemlərini zədələyib.Nəticədə kompüterə yenidən proqram təminatı yazdırmalı olublar.Məsələ burasındadır ki,zədələnmiş reestri sonradan bərpa etmək mümkün deyil.Bundansa sistemi dəyişmək məsləhətlidir.Daha bir tövsiyyəm ondan ibarətdir ki,öz işinə arxayın olmayan istifadəçilərə reestr işləmək məsləhət görülmür.Ehtiyat üçün həmişə dəyişiklik etməmişdən qabaq reestrin surətini çıxarmaq tövsiyyə olunur.

Windows Reestrinin ehtiyat üzü necə çıxarılır?

Bunun üçün Start — Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.

Və sonda ümid edirəm ki,yazdığım məqalə sayəsində siz reestrin kompüterin işləməsi üçün nə dərəcədə faydalı olduğunu anladınız.Növbəti dərslərimizdə bu haqda daha ətraflı toxunmağa çalışacağam.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий