Домой / Elektron dərsliklər / Windows Reestri harada yerləşir?

Windows Reestri harada yerləşir?

windows reyestri harada yerlesirBildiyimiz kimi Windows reestirinə daxil olmaq üçün xüsusi proqram-redaktor reestri proqramını işə salmaq lazımdır.Bəs Windows reestiri özü kompüterdə harada yerləşir?

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri bu günki dərsimiz məhz Windows  Reestri harada yerləşir? mövzusu üzərində qurulacaq.

Məsələ burasındadır ki,istər Windows  Reestrinin faylları,istərsə də digər fayllar kompüterin sərt diskində yadda saxlanılır.

Belə fayllar sistem faylı adlanır və Windows qovluğunda yerləşir.Reestr faylların yaranması və formalaşması Windows əməliyyat sisteminin quraşdırılması zamanı baş verir.Sonralar isə əməliyyat sisteminə giriş və çıxış zamanı,proqramın kompüterə quraşdırılması və silinməsi vaxtı,eləcə də bu və ya digər əməliyyatlar zamanı reestrin fayllarındakı məlumatlar dəyişikliyə məruz qalır.

Əgər biz reestrdə hər hansı bir dəyişiklik aparmaq istəyiriksə,onda RegEdir proqramından istifadə edirik.Bu zaman aparılmış bütün dəyişikliklər reestr üçün nəzərdə tutulmuş faylda yadda saxlanılır.

Reestr dedikdə bir fayl nəzərdə tutulmur.Burada xeyli sayda fayllar vardır ki,onlardawindows reyestri harada yerlesir ağacvari struktur şəklində Windows  Reestrində təsvir olunub.Reestrdəki məlumatların bir hissəsi proqramların buraxılışı zamanı istifadə olunur.Digər hissəsi isə əməliyyat sisteminin yüklənməsi prosesi zamanı formalaşır.

Bizə indi aydın olur ki,reestrdəki məlumatların formalaşması müxtəlif mənbələrin hesabına baş verir.Məsələn Windows 7-də reestrdəki faylların formalaşması bu C:\Windows\System32\config qovluqda aparılır.Fayladakı məlumatlar isə istifadəçi profilində yerləşən NTUSER.DAT faylına yazılır.Əlbəttə digər mənbələri də göstərmək olar.Amma yuxarıda dediyim mənbə əsas sayıla bilər.

Bildiyimiz kimi Windows Reestri sistemin bütün sazlamalarını və quruluşunu özündə saxlayan bazadır.Bu isə o deməkdir ki,onun mühafizəsi üçün hökmən onun ehtiyat surətinin çıxardılması vacibdir.Belə ki, Windows əməliyyat sistemi öz reestrinin ehtiyat nüsxəsini çıxarmağı bacarır.Bu nüsxə isə aşağıdakı şəkildə təsvir olunmuş qovluqda yerləşir.

windows reyestri harada yerlesir

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий