Домой / Windows 7 / Windows7-də faylın yaradılması

Windows7-də faylın yaradılması

Əziz oxucularım, gadiov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri.Bu günki, video dərsimizin mövzusu windows 7 faylın yaradılması olacaq. Faylın yaradılması üçün ekranda siçanın sağ düyməsi vurulur. Windows Xp-də olduğu kimi Windows 7 əməliyyat sistemində də müxtəlif proqramlara məxsus olan yeni fayl yaratmaq üçün ekranın boş sahəsində əvvəlcə siçanın sağ düyməsini sıxır. Sonra isə açılan konteks menyudan Создать sətrini növbəti alt menyudan isə istənilən proqramların birinə məxsus olan fayl seçilir. Və siçanın göstəricisi ilə bir dəfə klik olunur. Beləliklə iş masamızda Microsoft Word proqramına məxsus olan yeni fayl yaradılır. Faylın adının təsdiqi üçün siçanın göstəricisi iş masasının ixtiyari bir yerində vurulur. Gördüyümüz kimi artıq iş masamızda Microsoft Word proqramına məxsus olan yeni sənəd faylı yaradıldı.

Müəllif: Şaiq Qədirov

 

Оставить комментарий