Домой / Word 2007 / Word 2007 proqramında yeni sənədin yaradılması

Word 2007 proqramında yeni sənədin yaradılması

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Word 2007 proqramında yeni sənədin yaradılması olacaq. Yeni sənədin yaradılması üçün Word 2007 proqramına müraciət etməliyik.

Word 2007 proqramında yeni sənədin yaradılması

Proqramı ekrana çağırmaq üçün müxtəlif üsulların olduğunu bilirik. Bu üsullardan birini tətbiq etməklə proqramı ekrana çağıraq. Əgər sizin iş masanızda Word 2007 proqramının simgəsi varsa, o zaman həmin simgə seçilir. Klaviaturada Enter düyməsini vurmaqla proqram işə düşür.Word 2007 proqramında yeni sənədin yaradılmasıBeləliklə proqramın işçi pəncərəsi görsənir. Bildiyimiz kimi Word 2007 proqramı ekrana çağrılarkən yeni boş vərəq istifadəçiyə təklif olunur.Word 2007 proqramında yeni sənədin yaradılmasıProqramda mövcud vərəqi bağlamaq üçün siçanın göstəricisini Office düyməsinə yaxınlaşdırıb bir dəfə klik edirik.Word 2007 proqramında yeni sənədin yaradılmasıAçılan menyudan Закрыть sətrini seçirik. Beləliklə proqramda yaradılmış yeni boş vərəq bağlandı. İndi isə proqramda yeni boş vərəq (sənəd) yaratmağın üsullarını öyrənək. Bildiyimiz kimi Word 2003 proqramında yeni sənəd yaratmaq üçün nəzərdə tutulan düymə standart alətlər panelində mövcud idisə Word 2007 proqramında bu düymə ani işə salma panelində yerləşdirilib.Word 2007 proqramında yeni sənədin yaradılmasıOnun üzərində siçan vasitəsilə bir dəfə klik etməklə yeni boş sənəd yaratmaq olar. Word 2007 proqramında yeni boş sənəd yaratmağın üsullarından biri də Office düyməsi üzərində siçan vasitəsilə bir dəfə klik olunur. Açılan menyudan Создать sətri seçilir. Создание документов adlanan yeni pəncərədə Новый документ simgəsi seçilir.Word 2007 proqramında yeni sənədin yaradılmasıSonra isə pəncərədə Создать düyməsi vurulur. Beləliklə yeni boş sənəd yaradıldı. Word 2007 proqramında yeni boş sənəd yaratmağın üçüncü üsulu klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmaqla həyata keçirmək olar.Word 2007 proqramında yeni sənədin yaradılmasıGöstərilən üsullar istifadəçinin zövqündən və vərdişindən asılı olaraq yerinə yetirilir.
Beləliklə biz Word 2007 proqramında yeni sənədin yaradılması mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий